Qaynar xətt:

(+99450) 247 90 86

"Mümkün qədər ev şəraitində olsunlar" - Karantin xəstəxanasının baş direktorundan əhaliyə MÜRACİƏT

\\\"Mümkün qədər ev şəraitində olsunlar\\\" - Karantin xəstəxanasının baş direktorundan əhaliyə MÜRACİƏT

TİBB

572

02.03.2020, 21:08

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

"Əhali bu tədbirin mahiyyətini başa düşməlidir. Bu, istirahət tədbiri deyil. Bu, əhalinin düşünərək verilmiş bir qərardır".

RegionXəbərləri.com xəbər verir ki, bunu karantin xəstəxanasının baş direktoru Emin Hüseyn "REAL TV"-yə açıqlamasında deyib.

 Baş direktor vətəndaşlar kütləvi yerlərdən uzaq olmağı tövsiyə edib:

"Həkim kimi əhaliyə məsləhət görərdim ki, mümkün qədər ev şəraitində olsunlar. Geniş kütləvi yerlərdə olmasınlar. Qərarın mahiyyəti ondan ibarətdir ki, insanlar bir-birilərindən az təmasda olsunlar ki, ehtimal olunan infeksiya yayılmasın. Əhalini təşvişə düşməməyə çağırıram. Bu, sadəcə qabaqlayıcı tədbirdir".

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarı ilə sabahdan martın 10-a qədər bütün tədris müəssisələri bağlı olacaq