Bu əlamətlər sizdə varsa,böyrəkləriniz XƏSTƏDİR -AÇIQLAMA
26 Oktyabr 2026, 16:30
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
266
26.08.2026, 14:15
Ürək-damar xəstəlikləri müasir dövrdə ən çox yayılan və insan həyatı üçün ciddi təhlükə yaradan sağlamlıq problemlərindən biridir. Bu xəstəliklərin müalicəsində ən çox tətbiq edilən effektiv üsullardan biri isə daralmış və ya tıxanmış damarların açılması üçün stentlərin yerləşdirilməsidir. Lakin stent əməliyyatı keçirən pasiyentləri və onların yaxınlarını ən çox düşündürən məsələ bu tibbi vasitələrin istifadə müddətidir. Çox vaxt stentlərin müəyyən bir "son istifadə tarixi" olduğu zənn edilsə də, real mənzərə tamamilə fərqlidir. Mütəxəssislər bildirirlər ki, həkim peşəkarlığından tutmuş pasiyentin həyat tərzinə qədər bir çox amil onların ömrünə birbaşa təsir göstərir. Oxu24.com mövzu ilə bağlı mütəxəssis rəyini öyrənərək oxucularına vacib məqamları təqdim edir.
Mövzu ilə bağlı Oxu24.com-a invaziv kardioloq Üzeyir Rəhimov ətraflı açıqlama verib.
“Stentlərin təkrar tutulma ehtimalı cəmi 2 faizdir”
Kardioloq Üzeyir Rəhimov bildirir ki, "Stentin ömrü nə qədərdir?" sualına cavab vermək, "Avtomobilinizin ömrü nə qədərdir?" sualına cavab vermək qədər mürəkkəbdir. Həkimin sözlərinə görə, müasir təbabətdə istifadə olunan 3-cü nəsil, yəni son nəsil dərmanlı stentlərin təkrar tutulma ehtimalı cəmi-cümlətanı 2% təşkil edir.
Stentin ömrünü müəyyən edən 3 ana faktor mövcuddur:
1. Həkim-operator amili: Əməliyyatı həyata keçirən mütəxəssisdən çox şey asılıdır. Damar diametrinə tam uyğun stentin seçilməsi, stentin içi yüksək atmosfer təzyiqində yaxşı şişirdilərək damar divarının formasını tam alması təmin edilərsə, həmin stentin təkrar tutulma ehtimalı demək olar ki, yoxdur.
2. Damarın və pasiyentin xüsusiyyətləri: Pasiyentin damarının nə dərəcədə kirəcləşməsi və darlığın uzunluğu nəticəyə təsir edir. Bundan əlavə, şəxsdə şəkərli diabet, yüksək qan təzyiqi və ya böyrək xəstəliyinin olması da əməliyyatın və stentin gələcək nəticələrinə birbaşa təsir göstərən faktorlardandır.
3. Pasiyentin riayəti: Stentin uzunömürlülüyündə ən böyük məsuliyyət pasiyentin üzərinə düşür. Həkim tövsiyələrinə, xüsusilə dərman qəbuluna dəqiq eməl olunmalıdır. Bunların başında isə xolesterin dərmanları gəlir.
Həkim qeyd edib ki, insanlarımız çox vaxt xolesterin dərmanlarını özbaşına kəsməyə çalışırlar. Bu dərman kəsildikdə yağlar təzədən həmin bölgəyə yığılaraq damarı yenidən tıxayır.
Kardioloq vurğulayır ki, təzyiq və şəkər tam nəzarət altında saxlanılmalı, pəhrizə və digər tibbi göstərişlərə riayət olunmalıdır. Bu faktorlara düzgün diqqət yetirildiyi təqdirdə, yerləşdirilən stent pasiyentə ömürlük xidmət edə bilər.
17:45 / 26 Oktyabr 2026
1
17:01 / 26 Oktyabr 2026
69
17:00 / 26 Oktyabr 2026
166
16:58 / 26 Oktyabr 2026
54
16:46 / 26 Oktyabr 2026
60
16:42 / 26 Oktyabr 2026
61
16:30 / 26 Oktyabr 2026
86
16:17 / 26 Oktyabr 2026
85
16:08 / 26 Oktyabr 2026
178
15:57 / 26 Oktyabr 2026
77
15:50 / 26 Oktyabr 2026
240
15:48 / 26 Oktyabr 2026
111
15:44 / 26 Oktyabr 2026
167
15:41 / 26 Oktyabr 2026
89
15:37 / 26 Oktyabr 2026
68
15:34 / 26 Oktyabr 2026
96
15:28 / 26 Oktyabr 2026
75
15:19 / 26 Oktyabr 2026
177
15:10 / 26 Oktyabr 2026
109
15:07 / 26 Oktyabr 2026
188
15:03 / 26 Oktyabr 2026
1091
14:59 / 26 Oktyabr 2026
76
14:30 / 26 Oktyabr 2026
79
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.