Bu yaşda ət yemək ömrü uzadır
09 Noyabr 2026, 10:09
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
222
20.08.2026, 13:15
Müasir dövrdə həyat tərzi və qeyri-sağlam qidalanma nəticəsində ən çox rast gəlinən problemlərdən biri də qaraciyər piylənməsidir. Bir çox insanlar bu problemlə qarşılaşdıqda dərhal müxtəlif dərman preparatlarına müraciət edərək xəstəliyi sürətlə aradan qaldırmağa çalışırlar. Lakin mütəxəssislər bildirirlər ki, dəqiq müayinə olunmadan və əsas səbəb tapılmadan tətbiq edilən dərman müalicəsi gözlənilən faydanı verməyə bilər. Hətta bəzi hallarda yüngül dərəcəli piylənmə zamanı birdən çox preparatın qəbul edilməsi orqanizmə əlavə yük yaradır. Bu səbəbdən ilkin addım kimi piylənmənin kökündə duran amillər və qaraciyərin funksional vəziyyəti dəqiq qiymətləndirilməlidir. Mövzu ilə bağlı mütəxəssis rəyini öyrənmək üçün həkim-qastroenteroloq Tural Abbasova müraciət etdik.
Tural Abbasov bildirib ki, bütün qaraciyər piylənməsi olan xəstələr dərhal müalicə almamalıdır:
“Birinci növbədə səbəb tapılmalıdır: piylənmə hansı səbəbdən, hansı xəstəliklər fonunda və ya uzunmüddətli dərman qəbulu nəticəsində yaranır? Burada piylənmənin dərəcəsi və qaraciyər funksiyasının pozulub-pozulmaması xüsusi önem daşıyır. Bizim son vaxtlar qastroenteroloq olaraq çox rast gəldiyimiz hal odur ki, yüngül dərəcəli qaraciyər piylənməsi zamanı belə xəstələrə çoxlu sayıda dərman yazılır və onlar mütəmadi olaraq bu preparatları qəbul edirlər. Bu, qətiyyən tövsiyə olunmur”.
O qeyd edib ki, əsas səbəb müəyyən olunmalı, qaraciyərin funksiyasının hansı dərəcədə pozulduğu dəqiqləşdirilməli və yalnız bundan sonra uyğun müalicə təyin edilməlidir:
“Hər müayinə zamanı qaraciyər piylənməsi aşkar edildikdə dərhal dərman müalicəsinə başlamaq olmaz. Təəssüf ki, bəzən xəstələrə səbəb araşdırılmadan 4, 5, hətta 6-7 adda dərman təyin edilir. Səbəb bəlli olmadıqca belə müalicələrin faydası olmur”.
12:03 / 09 Noyabr 2026
49
11:56 / 09 Noyabr 2026
37
11:56 / 09 Noyabr 2026
50
11:43 / 09 Noyabr 2026
56
11:37 / 09 Noyabr 2026
138
11:34 / 09 Noyabr 2026
60
11:30 / 09 Noyabr 2026
55
11:22 / 09 Noyabr 2026
73
11:09 / 09 Noyabr 2026
179
11:05 / 09 Noyabr 2026
109
10:55 / 09 Noyabr 2026
160
10:51 / 09 Noyabr 2026
304
10:44 / 09 Noyabr 2026
147
10:38 / 09 Noyabr 2026
200
10:30 / 09 Noyabr 2026
118
10:27 / 09 Noyabr 2026
103
10:10 / 09 Noyabr 2026
176
10:09 / 09 Noyabr 2026
196
10:00 / 09 Noyabr 2026
229
09:36 / 09 Noyabr 2026
1308
09:26 / 09 Noyabr 2026
111
09:19 / 09 Noyabr 2026
149
08:46 / 09 Noyabr 2026
118
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.