Hipotireozun səbəbi nədir və necə müalicə olunur? – AÇIQLAMA
02 Noyabr 2026, 19:09
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
213
13.08.2026, 10:01
Son 30 ildə, xüsusilə 55 yaşdan aşağı insanlarda erkən başlayan xərçəng hallarının artması qlobal səhiyyə problemi kimi diqqət çəkir. Ağciyər, bağırsaq, kolorektal və uşaqlıq xərçəngi kimi xəstəliklərin artmasının səbəbləri uzun müddətdir alimlər tərəfindən araşdırılır.
ABŞ və Böyük Britaniyada yüz minlərlə insanın sağlamlıq və genetik məlumatlarının təhlil edildiyi yeni araşdırmaya görə, problemin səbəblərindən biri sürətlənmiş bioloji qocalma ola bilər.
Bioloji yaşınız xronoloji yaşınızdan böyükdür?
Xronoloji yaş insanın doğum tarixinə əsasən müəyyən edilir. Bioloji yaş isə hüceyrələrin, maddələr mübadiləsinin və orqanların nə dərəcədə qocaldığını göstərir. Tədqiqatçılar qan göstəricilərini və metabolik profilləri təhlil edərək insanların xronoloji və bioloji yaşları arasındakı fərqi müəyyənləşdiriblər.
Nəticələr göstərib ki, bioloji qocalma sürəti yeni nəsillərdə daha yüksəkdir. Məsələn, 1965-1974-cü illərdə doğulan insanların bioloji qocalma sürəti 1950-1954-cü illərdə doğulanlarla müqayisədə 23 faiz daha yüksək olub.
ABŞ məlumatlarında fərq daha da böyükdür. 1990-cı illərdə doğulanlarda sürətlənmiş bioloji qocalma 1960-cı illərdə doğulanlarla müqayisədə təxminən 92 faiz yüksək olub.
Bu isə o deməkdir ki, yeni nəsillər eyni xronoloji yaşda olsalar belə, onların orqanizmi hüceyrə səviyyəsində əvvəlki nəsillərə nisbətən daha yaşlı ola bilər.
Erkən xərçəng riski artır
Araşdırmaya görə, bioloji yaşı xronoloji yaşından yüksək olan insanlarda 55 yaşdan əvvəl xərçəng inkişaf riski əhəmiyyətli dərəcədə artır. Bioloji qocalmadakı hər bir standart sapmalıq artım erkən başlayan bərk şişlərin yaranması riskini 8 faiz yüksəldir.
Bu əlaqə xüsusilə ağciyər, mədə-bağırsaq və uşaqlıq xərçənglərində daha güclü müşahidə olunub. Üstəlik, riskin artması insanın genetik xərçəng meylindən asılı olmayaraq qeydə alınıb.
Bütün orqanlar eyni sürətlə qocalmır
Tədqiqatın diqqətçəkən nəticələrindən biri də orqanlara xas qocalma ilə bağlıdır. Alimlərin fikrincə, orqanizmdə bütün sistemlər eyni sürətlə qocalmır. Bəzi orqan və toxumalar digərlərindən daha sürətli qocalaraq müəyyən xəstəliklərin yaranması riskini artıra bilər.
Məsələn, immun sistemində sürətlənmiş qocalmanın gənc yaşlarda ağciyər xərçəngi riskinin artması ilə əlaqəli olduğu müəyyənləşdirilib. Yağ toxumasının daha sürətli qocalması isə erkən başlayan yoğun bağırsaq xərçəngi riski ilə əlaqələndirilib.
Niyə daha sürətli qocalırıq?
Tədqiqatçılar sürətlənmiş bioloji qocalmanın mümkün səbəbləri arasında erkən yaşlardan başlayan piylənmə, metabolik problemlər, keyfiyyətsiz və emal olunmuş qidaların çox istehlakı, hərəkətsizlik, yuxu pozğunluğu, xroniki stress və ətraf mühitdəki bəzi kimyəvi maddələrə məruz qalmanı göstərirlər.
Alimlər qeyd edirlər ki, bioloji qocalmanı tamamilə dayandırmaq mümkün olmasa da, onun sürətini azaltmaq mümkündür. Sağlam qidalanma, fiziki aktivlik, keyfiyyətli yuxu və stressin idarə olunması orqanizmin sağlam yaşlanmasına və bəzi xəstəliklərin riskinin azaldılmasına kömək edə bilər.
21:30 / 02 Noyabr 2026
14
21:30 / 02 Noyabr 2026
23
21:19 / 02 Noyabr 2026
34
21:13 / 02 Noyabr 2026
45
21:13 / 02 Noyabr 2026
58
21:06 / 02 Noyabr 2026
103
21:01 / 02 Noyabr 2026
59
21:00 / 02 Noyabr 2026
67
20:47 / 02 Noyabr 2026
71
20:36 / 02 Noyabr 2026
135
20:34 / 02 Noyabr 2026
92
20:26 / 02 Noyabr 2026
1079
20:23 / 02 Noyabr 2026
82
20:22 / 02 Noyabr 2026
81
20:16 / 02 Noyabr 2026
150
20:11 / 02 Noyabr 2026
86
20:00 / 02 Noyabr 2026
92
19:56 / 02 Noyabr 2026
102
19:55 / 02 Noyabr 2026
209
19:44 / 02 Noyabr 2026
106
19:33 / 02 Noyabr 2026
101
19:27 / 02 Noyabr 2026
426
19:16 / 02 Noyabr 2026
86
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.