Fitoterapevtdən viruslarla bağlı vacib xəbərdarlıq
31 İyul 2026, 15:45
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
80
31.07.2026, 14:12
Günümüzdə bir çox insan bel ağrılarından əziyyət çəkir və bu problemi aradan qaldırmaq üçün müxtəlif üsullara müraciət edir. Ən geniş yayılmış vərdişlərdən biri də beldə narahatlıq hiss etdikdə turnikdən asılaraq fəqərələri rahatlatmağa çalışmaqdır. Lakin mütəxəssislər xəbərdarlıq edir ki, bu üsul hər zaman düşünüldüyü kimi faydalı olmaya və hətta ciddi fəsadlara yol aça bilər. Turnikdə asılı qaldıqda təzyiq azalsa da, oradan ani şəkildə yerə düşərkən onurğaya düşən yük zədələri daha da dərinləşdirir. Bu səbəbdən bel ağrısı olan şəxslərin özünütəbət üsullarından qaçınması və nəzarətsiz hərəkətlər etməməsi vacibdir. Müayinə olunmadan edilən hər bir mexaniki müdaxilə ağrıların kəskinləşməsinə səbəb ola bilər.
Oxu24.com xəbər verir ki, insanlar ayaqda duranda və ya oturanda fəqərəarası disklərə düşən təzyiq daha çox olur. Uzananda isə bu təzyiq azalır və bel ağrısı olan xəstələr rahatlaşdıqlarını bildirirlər. Tirdən sallandığımız zaman da dekompressiya baş verir, yəni təzyiq azalır və müvəqqəti rahatlama hiss edə bilərik. Lakin oradan yerə endiyimiz zaman ani təzyiq artması baş verir ki, bu da narahatlıqlarımızı və ağrılarımızı daha da şiddətləndirə bilər.
Buna görə də bel ağrısı olan insanlara daha çox nəzarətli, yəni ayaqlar dəstəklənmək şərtilə aparılan dekompressiya (dartınma) üsulları məsləhət görülür. Əgər çox kəskin ağrılarınız varsa, mütləq şəkildə həkimə müraciət etməlisiniz.
15:45 / 31 İyul 2026
1
15:45 / 31 İyul 2026
6
15:30 / 31 İyul 2026
20
15:12 / 31 İyul 2026
41
15:10 / 31 İyul 2026
51
14:55 / 31 İyul 2026
56
14:30 / 31 İyul 2026
72
14:29 / 31 İyul 2026
78
13:53 / 31 İyul 2026
83
13:35 / 31 İyul 2026
80
13:25 / 31 İyul 2026
92
13:12 / 31 İyul 2026
101
13:07 / 31 İyul 2026
72
13:01 / 31 İyul 2026
72
12:55 / 31 İyul 2026
85
12:52 / 31 İyul 2026
84
12:50 / 31 İyul 2026
111
12:47 / 31 İyul 2026
79
12:40 / 31 İyul 2026
84
12:38 / 31 İyul 2026
504
12:20 / 31 İyul 2026
99
12:18 / 31 İyul 2026
429
12:12 / 31 İyul 2026
198
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.