Ağciyərlərə maye yığılması nədən xəbər verir? – Həkimdən VACİB AÇIQLAMA
14 İyul 2026, 16:35
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
90
14.07.2026, 17:30
Müasir dövrdə sağlam qidalanma və pəhriz adı altında bir çox insan yağlı qidaları rasionundan tamamilə çıxarmağa çalışır. Lakin tibb mütəxəssisləri xəbərdarlıq edir ki, yağdan tamamilə imtina etmək orqanizmdə gözlənilməz və olduqca ciddi fəsadlara yol aça bilər. Xüsusilə son illərdə şəkərdən daha çox yağdan qorxma tendensiyası geniş vüsət alsa da, bioloji reallıq tam fərqlidir. Yağ orqanizmin normal fəaliyyəti, xüsusilə də həzm sisteminin düzgün işləməsi üçün həyati əhəmiyyət kəsb edən əsas elementlərdən biridir. Bu mövzuda əhalini maarifləndirmək və yanlış inancların qarşısını almaq məqsədilə Oxu24.com olaraq mütəxəssis rəyini oxucularımıza təqdim edirik.
Mövzu ilə bağlı Oxu24.com-un suallarını cavablandıran Terapevt Dr. Qürbət Allahverdiyev yağ qəbulunun azaldılmasının fəsadlarından və insan orqanizminin möcüzəvi müdafiə mexanizmlərindən danışıb:
"İnsanlar yağdan daha çox şəkərdən qorxmalıdırlar, lakin əksinə, yağdan qorxurlar. Hər kəs bilməlidir ki, yağ orqanizmə mütləq lazımdır. Əgər siz yağ yeməsəniz, öd kisənizdə daş əmələ gələcək”.
Bəs bu proses necə baş verir?
Həkim qeyd edib ki, öd məhz yağa ifraz olunur. Ödün funksiyası qadınların qab yuyarkən istifadə etdiyi yağ əridici maye sabunlar kimidir – o, yağı əridir. Yağlı qida onikibarmaq bağırsağa düşən kimi öd kisəsi dərhal yığılaraq ödü bağırsağa axıdır ki, həmin yağı əridə bilsin;“Təsəvvür edin ki, siz yağ qəbul etmirsiniz. Yağ yeməyəndə öd işləməyəcək, durğun vəziyyətdə dayanacaq. Öd gözləyəcək ki, nə vaxt yağlı qida gələcək; gəlməyəndə isə orada çöküntü və nəticədə daş əmələ gələcək. Ona görə də yağlı yemək yemək lazımdır, hətta az bişmiş (çiy) ət də yemək lazımdır”.
Qürbət Allahverdiyev bildirib ki, insan orqanizmi o qədər böyük, zəngin və mükəmməldir ki, bizim düşündüyümüz kimi tez xəstələnən deyil:“Biz elə bilirik ki, adi bir yelçəkən olan kimi dərhal xəstələnərik, amma qaydasında və düzgün qidalandıqda orqanizmimiz buna imkan verməz. Məsələn, bağırsaqlarımızın uzunluğu təxminən 6-9 metr arasındadır. Lakin həzmdə iştirak edən həmin bağırsaq xovlarını bir yerə yığsaq, bütövlükdə 6 hektar sahəni əhatə edər. Bizim bədənimizdə nəhəng bir sistem fəaliyyət göstərir. Odur ki, hər şeyi normasında və qaydasında yedikdə bədənimiz özü-özünü mükəmməl şəkildə qoruyur”.
Çimnaz
19:07 / 14 İyul 2026
43
18:43 / 14 İyul 2026
39
18:16 / 14 İyul 2026
50
18:03 / 14 İyul 2026
61
17:38 / 14 İyul 2026
65
17:25 / 14 İyul 2026
89
17:20 / 14 İyul 2026
111
17:13 / 14 İyul 2026
66
17:11 / 14 İyul 2026
79
17:08 / 14 İyul 2026
71
17:05 / 14 İyul 2026
79
17:04 / 14 İyul 2026
73
17:00 / 14 İyul 2026
66
16:51 / 14 İyul 2026
70
16:44 / 14 İyul 2026
76
16:35 / 14 İyul 2026
82
16:33 / 14 İyul 2026
73
16:07 / 14 İyul 2026
79
16:03 / 14 İyul 2026
78
15:49 / 14 İyul 2026
70
15:35 / 14 İyul 2026
113
15:11 / 14 İyul 2026
97
15:07 / 14 İyul 2026
109
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.