Təmirə bağlanan xəstəxana ilə bağlı əhaliyə MÜHÜM XƏBƏR
10 Noyabr 2026, 22:30
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
595
04.06.2026, 16:24
Çəplik əsasən uşaqlıq dövründə yaranan görmə zəifliyi ilə bağlı inkişaf edir
Göz sağlamlığı uşaqlıqdan etibarən diqqət tələb edən ən vacib sahələrdən biridir. Erkən yaşlarda yaranan bəzi görmə problemləri vaxtında aşkar olunmadıqda, gələcəkdə daha ciddi fəsadlara yol aça bilər. Bu problemlərdən biri də çəplikdir.
Oftalmoloq Benjamin Kərimov Oxu24.com-a açıqlamasında çəplik və onun yaranma səbəbləri barədə ətraflı danışıb. Həkimin sözlərinə görə, çəplik əsasən uşaqlıq dövründə formalaşan və çox zaman gözlərdən birinin digərinə nisbətən zəif görməsi ilə əlaqəli olan görmə pozğunluğudur. Bu hal xüsusilə 3 yaşdan sonra daha çox müşahidə olunur və vaxtında müdaxilə edilmədikdə daha da dərinləşə bilər.
Mütəxəssis bildirib ki, uşaqlarda çəpliyin əsas səbəblərindən biri refraksiya qüsurlarıdır, yəni gözün fokuslama qabiliyyətində olan pozğunluqlardır. Xüsusilə “plus” dioptriyalı görmə zəifliyi bu baxımdan daha çox risk yaradır. Əgər bu problem vaxtında aşkarlanmır və uşağa uyğun eynək təyin olunmursa, zəif göz düzgün şəkildə fokuslana bilmir. Nəticədə həmin göz beyin tərəfindən daha az istifadə olunur və zamanla gözlə beyin arasındakı vizual əlaqə zəifləməyə başlayır. Bu proses davam etdikcə gözün istiqamətində dəyişiklik yaranır və çəplik formalaşır.
Benjamin Kərimov vurğulayıb ki, çəpliyin qarşısının alınmasında ən vacib amil erkən diaqnostikadır. Uşaqlıq dövründə mütəmadi göz müayinələrinin aparılması və görmə zəifliyinin vaxtında müəyyən edilməsi bu problemin qarşısını əhəmiyyətli dərəcədə azalda bilər. Düzgün eynək korreksiyası tətbiq edildikdə bir çox hallarda çəpliyin inkişafı dayanır və görmə funksiyası qorunur.
Həkim əlavə edib ki, artıq formalaşmış çəplik hallarında isə vəziyyət fərqli olur. Əgər eynək istifadəsi ilə çəplik aradan qalxmırsa, bu zaman cərrahi müdaxilə zəruri hesab edilir. Çünki gözün düzgün istiqamətdə fokuslanmaması davam etdikcə həmin göz daha da zəifləyir və görmə qabiliyyətinin azalması riski artır.
Mütəxəssisin sözlərinə görə, çəplik əməliyyatı yalnız estetik məqsəd daşımır, həm də funksional əhəmiyyətə malikdir. Bu müdaxilə gözün görmə qabiliyyətini qorumaq və iki gözün koordinasiyasını bərpa etmək baxımından mühüm rol oynayır. Vaxtında aparılmayan müalicə isə gələcəkdə daha ciddi və geri dönüşü çətin olan görmə problemlərinə səbəb ola bilər.
Nigar
01:50 / 11 Noyabr 2026
65
01:00 / 11 Noyabr 2026
101
00:31 / 11 Noyabr 2026
129
23:59 / 10 Noyabr 2026
145
23:57 / 10 Noyabr 2026
152
23:55 / 10 Noyabr 2026
426
23:53 / 10 Noyabr 2026
180
23:47 / 10 Noyabr 2026
1244
23:43 / 10 Noyabr 2026
152
23:39 / 10 Noyabr 2026
162
23:28 / 10 Noyabr 2026
358
23:27 / 10 Noyabr 2026
676
23:17 / 10 Noyabr 2026
1168
23:15 / 10 Noyabr 2026
185
23:00 / 10 Noyabr 2026
137
22:58 / 10 Noyabr 2026
170
22:55 / 10 Noyabr 2026
155
22:35 / 10 Noyabr 2026
142
22:30 / 10 Noyabr 2026
396
22:27 / 10 Noyabr 2026
123
22:19 / 10 Noyabr 2026
154
22:04 / 10 Noyabr 2026
229
21:55 / 10 Noyabr 2026
714
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.