Kök adamlarda bu xəstəlik ola bilər - HƏKİM
25 Sentyabr 2026, 22:36
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
645
04.06.2026, 16:05
Baş ağrıları arasında miqren ən çox rast gəlinən və həyat keyfiyyətinə ciddi təsir edən nevroloji problemlərdən biridir. Lakin hər baş ağrısı miqren olmaya bilər və bəzən miqrenə bənzər ağrılar daha fərqli səbəblərlə bağlı olur.
Nevroloq Yeganə Rəşidova Oxu24.com-a açıqlamasında miqren və miqrenoz tipli baş ağrıları barədə danışıb, bu halların necə fərqləndirilməli olduğunu izah edib.
Həkimin sözlərinə görə, miqrenlə miqrenoz tipli baş ağrılarını qarışdırmaq çox yayılmış səhvlərdən biridir. Miqrenoz tipli ağrılar çox zaman boyun əzələlərində gərginlik, boyun fəqərələrində olan problemlər, protruziya və ya disk yırtıqları ilə əlaqəli şəkildə meydana çıxır. Bu halda ağrı mənbəyi birbaşa beyində deyil, boyun və onurğa sütunu strukturlarında olur və ağrı baş nahiyəsinə yayılır.
Mütəxəssis qeyd edib ki, bu səbəbdən düzgün diaqnoz çox vacibdir. Çünki xəstələr çox vaxt adi miqren düşündükləri ağrıların arxasında boyun fəqərələri ilə bağlı ciddi problemlərin ola biləcəyindən xəbərsiz olurlar. Aparılan müayinələr və anamnez nəticəsində bəzən məlum olur ki, ağrıların əsas səbəbi boyun nahiyəsində olan degenerativ dəyişikliklər və ya disk problemləridir.
Nevroloqun sözlərinə görə, miqren halları bəzən ağırlaşa bilər və bu zaman diqqətli olmaq lazımdır. Xüsusilə ağrıların intensivləşməsi, tez-tez təkrarlanması, ürəkbulanma, qusma, işığa və səsə həssaslıq kimi əlamətlər miqren üçün xarakterik sayılır. Lakin ağrıların fərqli və daha ağır gedişatı varsa, bu artıq ciddi nevroloji problemlərə işarə edə bilər.
Yeganə Rəşidova vurğulayıb ki, bəzi hallarda miqrenoz tipli ağrılar boyun fəqərələrində ciddi patologiyalarla müşayiət oluna bilər və bu zaman vəziyyət daha da ağırlaşa bilər. Belə hallarda vaxt itirmədən həkimə müraciət etmək və lazımi instrumental müayinələrdən keçmək vacibdir.
Həkim əlavə edib ki, xüsusilə qəfil başlayan, çox güclü baş ağrıları, nevroloji defisitlər, görmə pozğunluğu və ya huş bulanıqlığı ilə müşayiət olunan hallar artıq təhlükəli sayılır və təcili tibbi yardım tələb edir.
Nevroloq sonda bildirib ki, düzgün diaqnoz və vaxtında müalicə miqrenin ağırlaşmasının qarşısını ala bilər və xəstənin həyat keyfiyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdırır.
Hazırladı: Jalə
09:27 / 28 Sentyabr 2026
9
09:24 / 28 Sentyabr 2026
22
09:20 / 28 Sentyabr 2026
30
09:14 / 28 Sentyabr 2026
34
09:08 / 28 Sentyabr 2026
76
08:31 / 28 Sentyabr 2026
59
08:17 / 28 Sentyabr 2026
302
06:09 / 28 Sentyabr 2026
154
05:49 / 28 Sentyabr 2026
155
05:25 / 28 Sentyabr 2026
170
00:12 / 28 Sentyabr 2026
159
00:09 / 28 Sentyabr 2026
178
23:44 / 27 Sentyabr 2026
5721
23:31 / 27 Sentyabr 2026
112
23:24 / 27 Sentyabr 2026
120
23:06 / 27 Sentyabr 2026
100
23:02 / 27 Sentyabr 2026
467
22:58 / 27 Sentyabr 2026
93
22:55 / 27 Sentyabr 2026
112
22:37 / 27 Sentyabr 2026
901
22:03 / 27 Sentyabr 2026
109
21:49 / 27 Sentyabr 2026
1196
21:30 / 27 Sentyabr 2026
436
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.