Təmirə bağlanan xəstəxana ilə bağlı əhaliyə MÜHÜM XƏBƏR
10 Noyabr 2026, 22:30
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
596
02.06.2026, 18:47
Axşam saatlarında ağır və həddindən artıq qida qəbulu orqanizmdə bir sıra fizioloji dəyişikliklər yarada bilər.
Kardioloq-terapevt İslam Əzizov Oxu24.com-a açıqlamasında bildirib ki, bu hal xüsusilə ürək-damar sistemi həssas olan insanlarda daha çox narahatlıq yarada bilər.
Onun sözlərinə görə, insan çox miqdarda qida qəbul etdikdə mədə həzmi təmin etmək üçün daha intensiv işləməyə başlayır. Bu proses zamanı həzm orqanlarına daha çox qan axını tələb olunur ki, bu da ürəyin iş yükünü artırır və bəzi hallarda ürəkdöyünmə, yorğunluq və ümumi narahatlıq hissi ilə müşahidə oluna bilər.
İslam Əzizov qeyd edib ki, mədənin həddindən artıq dolması diafraqmaya təzyiq göstərir. Bu isə döş qəfəsində sıxılma hissi yarada, ağciyərlərin normal genişlənməsini çətinləşdirə və nəticədə nəfəs darlığı və təngnəfəsliklə özünü göstərə bilər.
Bundan başqa, həkimin sözlərinə görə, ağır yeməklər vagus sinirini də qıcıqlandıra bilər ki, bu da ürək ritmində dəyişikliklərə səbəb ola bilər. Eyni zamanda gec saatlarda çox yemək reflüks riskini artırır və mədə turşusunun qida borusuna qayıtması nəticəsində sinə nahiyəsində yanğı hissi yarana bilər ki, bu hal çox vaxt ürək ağrısı ilə qarışdırılır.
Kardioloq bildirir ki, yatmazdan əvvəl ağır qidaların qəbulu gecə narahatlığı, boğulma hissi və yuxu pozğunluqları ilə nəticələnə bilər. Bu səbəbdən axşam yeməyinin yüngül olması və yatmazdan ən az 3-4 saat əvvəl qəbul edilməsi tövsiyə olunur.
İslam Əzizov vurğulayıb ki, xüsusilə duzlu və yağlı qidaların axşam saatlarında çox istifadəsi ürək-damar sistemi üçün əlavə risk yarada bilər. Eyni zamanda maye qəbulunun da normada saxlanılması vacib hesab olunur.
Onun sözlərinə görə, əgər yeməkdən sonra sinə nahiyəsində yanğı, təngnəfəslik, ürəkdöyünmə, soyuq tər və başgicəllənmə kimi əlamətlər müşahidə edilərsə, bu hallara laqeyd yanaşmaq olmaz və mütləq həkimə müraciət edilməlidir.
Jalə
01:50 / 11 Noyabr 2026
217
01:00 / 11 Noyabr 2026
164
00:31 / 11 Noyabr 2026
213
23:59 / 10 Noyabr 2026
198
23:57 / 10 Noyabr 2026
234
23:55 / 10 Noyabr 2026
622
23:53 / 10 Noyabr 2026
252
23:47 / 10 Noyabr 2026
1366
23:43 / 10 Noyabr 2026
225
23:39 / 10 Noyabr 2026
202
23:28 / 10 Noyabr 2026
402
23:27 / 10 Noyabr 2026
931
23:17 / 10 Noyabr 2026
1462
23:15 / 10 Noyabr 2026
199
23:00 / 10 Noyabr 2026
162
22:58 / 10 Noyabr 2026
197
22:55 / 10 Noyabr 2026
183
22:35 / 10 Noyabr 2026
161
22:30 / 10 Noyabr 2026
477
22:27 / 10 Noyabr 2026
140
22:19 / 10 Noyabr 2026
178
22:04 / 10 Noyabr 2026
255
21:55 / 10 Noyabr 2026
848
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.