Ksanatelazma nədir?
01 Oktyabr 2026, 22:52
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
744
16.02.2026, 19:43
“Mənim təzyiqim oynaqdır” deyən insanların əksəriyyətində əslində patoloji hal yox, fizioloji dəyişkənlik olur. Arterial təzyiq sabit rəqəm deyil. Səhər yuxudan yeni oyananda bir qədər aşağı ola bilər, gün ərzində aktivlik artdıqca yüksələ bilər, əsəbiləşəndə qalxar, istirahətdə düşər. 10–15 mm civə sütunu fərq (məsələn, 120-dən 110-a düşməsi və ya 120-dən 130-a qalxması) normal dəyişkənlik hesab olunur. Bu, “təzyiq oynayır” demək deyil, orqanizmin adaptasiya mexanizmidir.
Oxu24.com xəbər verir ki,təzyiq fiziki aktivlikdən sonra qalxır, emosional gərginlik zamanı artır, yuxu zamanı və istirahətdə isə enir.
Bütün sağlam insanlarda bu dəyişikliklər baş verir. Vacib olan davamlı yüksək göstəricidir — yəni ölçmələr təkrar-təkrar 140/90 və daha yuxarı çıxırsa, o zaman artıq arterial hipertenziyadan danışılır.
Sovet dövründə istifadə olunan bəzi üsullar, məsələn “qansız qanburaxma” kimi tanınan – ayaqları isti suya salmaqla aşağı ətraf damarlarını genişləndirib təzyiqi salmaq – bu gün tibbi baxımdan təhlükəli sayılır. Çünki xüsusilə yaşlı və beyin damarlarında ateroskleroz olan şəxslərdə qan aşağı ətraflara yönəldikdə beyin qan dövranı kəskin pozula bilər və insult riski yarana bilər. Praktikada belə halların baş verməsi mümkündür və buna görə bu üsul müasir tibbdə tövsiyə olunmur.
Bu gün farmakologiyada arterial təzyiqi nəzarətdə saxlamaq üçün kifayət qədər effektiv və təhlükəsiz preparatlar var. Əsas prinsip budur: əgər insanda davamlı yüksək arterial təzyiq varsa, müalicə daimi və sistemli olmalıdır. Dərman “özümü pis hiss edəndə içim” prinsipi ilə yox, hər gün, həkimin təyin etdiyi qaydada qəbul edilməlidir.
İnsan ömrü uzandıqca xroniki xəstəliklərin sayı da artıb. Əvvəllər insanlar infeksion xəstəliklərdən erkən vəfat edirdi, indi isə ürək-damar xəstəlikləri daha çox yayılıb. Arterial hipertenziya da onlardan biridir. Amma düzgün nəzarət və müntəzəm müalicə ilə insan normal və keyfiyyətli ömür yaşaya bilər. Əsas məsələ təzyiqi “oynaqdır” deyib laqeyd yanaşmamaq, amma normal 10–15 mm fərqə görə də panikaya düşməməkdir.
Hazırladı: Nigarxanım
02:00 / 02 Oktyabr 2026
56
00:03 / 02 Oktyabr 2026
83
23:54 / 01 Oktyabr 2026
75
23:41 / 01 Oktyabr 2026
82
23:12 / 01 Oktyabr 2026
87
23:00 / 01 Oktyabr 2026
96
22:53 / 01 Oktyabr 2026
83
22:52 / 01 Oktyabr 2026
84
22:50 / 01 Oktyabr 2026
150
22:42 / 01 Oktyabr 2026
73
22:31 / 01 Oktyabr 2026
83
22:24 / 01 Oktyabr 2026
119
22:18 / 01 Oktyabr 2026
210
22:07 / 01 Oktyabr 2026
89
21:42 / 01 Oktyabr 2026
85
21:41 / 01 Oktyabr 2026
102
21:31 / 01 Oktyabr 2026
84
21:29 / 01 Oktyabr 2026
97
21:26 / 01 Oktyabr 2026
218
21:25 / 01 Oktyabr 2026
76
21:19 / 01 Oktyabr 2026
81
21:15 / 01 Oktyabr 2026
79
21:08 / 01 Oktyabr 2026
77
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.