Tez-tez qanayan xallar təhlükəli ola bilərmi?
04 May 2026, 21:10
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
1003
13.02.2026, 11:25
Artıq bir neçə gündür İngiltərə mediası SOS siqnalı çalır.
Oxu24.com xəbər verir ki, təqaüdçü, 80 yaşlarında olan iki uşaq atasının ötən həftə evdə ürəkbulanma və ishal şikayətləri ilə həkimə müraciət etməsi mediada müzakirələrə səbəb oldu.
Xəstə təcili Uorvikşirin Nuneaton şəhərindəki Corc Eliot Xəstəxanasına götürülüb və və dərhal karantinə alınıb.
Buna baxmayaraq 10 fevralda xəstə elə orada vəfat edib. Tibbi analizlərin cavabı İngiltərə vətəndaşlarını narahat edib.
Həmin şəxsdə “Viktoriya dövründə” on minlərlə insanın ölümünə səbəb olan, su yolu ilə yayılan “Vibrio cholerae “, yəni vəbaxəstəliyi aşkarlanıb.
Birləşmiş Krallıq və Britaniya İmperiyası tarixində Viktoriya dövrü Kraliça Viktoriyanın 20 iyun 1837-ci ildən 22 yanvar 1901-ci ildə vəfatına qədər hakimiyyəti dövrüdür. Kraliça Viktoriyanın dövründə Britaniya İmperiyası bu dövrdə genişləndi və dünyada üstünlük təşkil etdi. Ona görə də ingilislər həmin dövrə ehtiram əlaməti olaraq “Viktoriya dövrü” deyilir.
Həmçinin oxuyun
İngiltərədə Vəba
Vəba ilk dəfə 1665–1666-cı illərdə İngiltərənin paytaxtı London şəhərində baş verib.Böyük London vəbası deyilən bu epidemiya zamanı 100 mindən çox insan ölüb.
Daha sonra bu dəhşətli xəstəlik İngiltərənin 1831-ci ildə, Sanderlend sahilinin çirkli küçələrində görünür. Ticarət yolları vasitəsilə bütün Avropaya yayılır.
Simptomlara şiddətli qusma, bağırsaqlardan litrlərlə bulanıq su axması, qıcolmalar və tünd mavi rəngli dəri qırışları daxildir. Həkimlər bunun nə olduğunu və necə müalicə olunacağını anlamağa çalışarkən qurbanlar çox vaxt bir neçə saat ərzində ölürdülər. Britaniyada ilk vəba epidemiyası 32.000 insanın ölümünə səbəb oldu.1848-ci ildə 52.000, altı il sonra isə 20.000 nəfər həyatını itirdi.
Lakin 1854-cü ildə əfsanəvi həkim Con Snou epidemiyanın mənbəyini Sohodakı Broad küçəsindəki, indiki Broadvisk küçəsindəki ictimai su nasosu kimi aşkar etdi.
Onun su ilə bağlı nəzəriyyəsi əvvəlcə rədd edildi, lakin 1866-cı ildə - Londonun Şərq tərəfində daha 4000 ölüm hadisəsindən sonra - ideya, özünü doğrultdu.
Snounun kəşfi London və digər şəhərlərin su və tullantı sistemlərində fundamental dəyişikliklərə səbəb oldu. Nəhayət, 1901-ci ildə İngiltərədən vəbanın tamamilə kökü kəsilir.
Hazırda 80 yaşlı İngiltərə vətəndaşının 125 ildən sonra vəbadan ölməsi nəinki tək Böyük Britaniyanı , bütün Avropanı təşvişə salıb.
Həkim – Terapevt Lətifə Mikayılova ilə mövzu ilə bağlı Oxu24.com-a bildirib ki, epidemiyalar içərisində ən ölümcül nəticələrlə yadda qalan xəstəlik vəbadır.
"Tarixdə heç bir infeksion xəstəlik vəba qədər insan həyatını məhv etməyib. Tibb elimində “Vibrio cholerae” adlandırılan bakteriya var. Vəba həmin o bakteriyanın səbəb olduğu nazik bağırsağın infeskion xəstəliyidir. Bu bağırsaq infeksiyası, sərt və şiddətli ishal ilə yanaşı həm də güclü zəhərlənmə, qusma, orqanizmin kəskin susuzlaşması eyni zamanda nazik bağırsağın zədələnməsi ilə müşahidə olunur. Çirklənmiş suyun tükədilməsi və yaxud çirki suda ərzaqların yuyulmasıxəstəliyin yaradıcısı hesab edilir. Yayılması isə ağzla təmasdan və birdə , xəstə insanın nəcisi vastəsilə də yayılır. Milçəklər də xəstəliyin yayıcıları hesab edilir. Müasir dövrdə bu xəstəliyi aradan qaldıran pereaparatlar var, amma gərək xəstəlikdən vaxtında xəbərdar olunsunki, sağalmaq risqi də çox olsun”-deyə terapevt bildirib.
Əntiqə Rəşid
09:06 / 05 May 2026
1
23:57 / 04 May 2026
204
23:18 / 04 May 2026
354
22:56 / 04 May 2026
342
22:37 / 04 May 2026
203
22:08 / 04 May 2026
173
21:45 / 04 May 2026
642
21:38 / 04 May 2026
132
21:31 / 04 May 2026
112
21:20 / 04 May 2026
99
21:10 / 04 May 2026
94
21:02 / 04 May 2026
111
21:00 / 04 May 2026
113
20:59 / 04 May 2026
108
20:55 / 04 May 2026
96
20:48 / 04 May 2026
93
20:45 / 04 May 2026
95
20:42 / 04 May 2026
117
20:42 / 04 May 2026
109
20:36 / 04 May 2026
424
20:33 / 04 May 2026
95
20:27 / 04 May 2026
90
20:16 / 04 May 2026
94
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.