Ksanatelazma nədir?
01 Oktyabr 2026, 22:52
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
678
10.02.2026, 14:50
Obsessiv-Kompulsiv Pozuntu (OKB) yalnız təkrarlanan düşüncə və davranışlarla xarakterizə olunmur, eyni zamanda insanın gündəlik həyatına və ümumi yaşam keyfiyyətinə ciddi şəkildə təsir göstərir. Mütəxəssislərin fikrincə, son dövrlərdə artan stress, qeyri-müəyyənlik və sosial təzyiqlər OKB simptomlarının daha da kəskinləşməsinə səbəb olur. Bu isə emosional gərginliyin artmasına, eləcə də sosial münasibətlərdə müxtəlif çətinliklərin yaranmasına gətirib çıxarır.
Mövzu ilə bağlı Oxu24.com-a danışan psixoloq Könül Telmanqızı qeyd edib ki, Obsesif-Kompulsif Pozuntu (OKB) adətən 15-25 yaşları arasında başlayır.
“Kişilərdə bu vəziyyət daha tez inkişaf etsə də, qadınlarda ümumi yayılma daha yüksəkdir. Bu kimi insanlarda müəyyən davranışları təkrarlamaq istəyi o qədər güclüdür ki, gündəlik həyatda problemlərə səbəb ola bilər. Əgər onlar bu istəyi ödəyə bilmirlərsə, özlərini narahat hiss edirlər.Buna görə də OKB olan insanlar stressi və ya narahatlığı azaltmaq üçün tez-tez təkrarlanan, mənasız davranışlar və ya düşüncələrlə məşğul olurlar.
Bu proses zamanı şüurlu şəkildə başlanmalı olan təkrarlanan hərəkətlər nəticədə bilinçaltı hala gəlir və xüsusi düşüncə olmadan vərdiş halına gəlir.
OKB olan insanlarda bu hisslər o qədər dərinləşir ki, təkrarlanan hərəkəti tamamlaya bilməmək qorxusu onları fiziki xəstəlik nöqtəsinə qədər narahatlıq hiss etməyə məcbur edir. OKB olan şəxslər obsesif hərəkətlərinin lazımsız və hətta zərərli olduğunu bilsələr belə, onları dayandırmaq fikrini belə düşünə bilmirlər.
Belə olan halda bədəndə serotonin səviyyəsi aşağı düşür.
Çünki, obsessiyalar zehində dəfələrlə qeyri-iradi düşüncələr, görüntülər və ya impulslar yaradır.Kompulsiyalar isə təkrar-təkrar hərəkət etməyə məcbur olduğunuzu hiss etdiyiniz davranışlarınızı yaradır.
Özünüzü gücsüz və tənha hiss etdiyiniz zaman OKB daha da pisləşə bilər, buna görə də güclü bir dəstək sistemi qurmaq vacibdir.
Sağlam və balanslı həyat tərzi narahatlığınızı azaltmaqda və OKB kompulsiyalarınızı,qorxularınızı uzaq tutmaqda böyük rol oynayır.Eyni zamanda bununla yanaşı mütəxəsis yardımı almaqla bu problemin öhtəsindən gəlməkdə böyük fayda var.
Mənfi şərhlər və ya tənqidlər OKB-ni daha da pisləşdirə bilər, sakit və dəstəkləyici bir mühit isə müalicənin nəticəsini yaxşılaşdırmağa kömək edə bilər.Obsesif-kompulsiv pozuntusu olan birini danlamayın və ya ona qaydaları yerinə yetirməyi dayandırmağı deməyin. Onlar buna əməl edə bilməzlər və dayandırmaq üçün təzyiq yalnız davranışları daha da pisləşdirəcək.
Obsessiv-kompulsiv pozuntuya qarşı mübarizə aparmaq üçün edilən hər hansı bir uğurlu cəhdi tərifləyin və diqqətinizi insanın həyatındakı müsbət elementlərə yönəldin”,-deyə psixoloq bildirib.
Çimnaz Telmanqızı
08:24 / 02 Oktyabr 2026
1
08:23 / 02 Oktyabr 2026
11
08:21 / 02 Oktyabr 2026
16
02:00 / 02 Oktyabr 2026
101
00:03 / 02 Oktyabr 2026
218
23:54 / 01 Oktyabr 2026
97
23:41 / 01 Oktyabr 2026
149
23:12 / 01 Oktyabr 2026
152
23:00 / 01 Oktyabr 2026
117
22:53 / 01 Oktyabr 2026
107
22:52 / 01 Oktyabr 2026
124
22:50 / 01 Oktyabr 2026
198
22:42 / 01 Oktyabr 2026
93
22:31 / 01 Oktyabr 2026
105
22:24 / 01 Oktyabr 2026
134
22:18 / 01 Oktyabr 2026
267
22:07 / 01 Oktyabr 2026
111
21:42 / 01 Oktyabr 2026
102
21:41 / 01 Oktyabr 2026
126
21:31 / 01 Oktyabr 2026
106
21:29 / 01 Oktyabr 2026
116
21:26 / 01 Oktyabr 2026
315
21:25 / 01 Oktyabr 2026
89
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.