Uzun müddət tox saxlayan qidalar AÇIQLANDI
15 May 2026, 23:31
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
1041
04.02.2026, 10:48
Milli Məclisin ötən gün keçirilən plenar iclasında Ailə, Qadın və Uşaq Məsələləri Komitəsinin sədri Hicran Hüseynova deyib ki, son 4 ildə uşaqlar arasında onkoloji xəstələrin sayı 2 dəfə artıb.
Oxu24.com saytına müsahibəsində Milli Onkologiya Mərkəzinin həkimi,onkoloq Nurlana Əliyeva xərçəngə tutulan uşaqların sayının artmasına səbəb olan amilləri nələr olduğundan danışıb.
Uşaqlarda xərçəng xəstəliyinin yaranmasında genetikanın rolu nə dərəcədədir?
-Genetik meyillilik və irsi sindromlar hamiləlik dövründə dölə təsir edir. Məhz bu amillər uşaqlarda xərçəng xəstəliyinin yaranmasına əsas səbəblərdir. Daha dəqiq, genetik səbəblər bu xəstəliyin artmasında əsas amildir. Əlbəttə ki, ətraf mühit amilləri, hamiləlik dövründə ananın sağlamlığı, qidalanması və gigiyenası uşaqların sağlamlığındakı risqlərdə böyük rol oynayır. Amma genetik cəhətdən uşaqlarda xərçəngin əmələ gəlməsinin əsas səbəbi xromosomlarda olan dəyişikliklər və genlərdə olan mutasiyalardır. Yəni, valideynlərin qeyri-sağlam həyat tərzi də, onların hormonal preparatlar qəbul etməsi də, düzgün olmayan qidalanması da uşaqlarda törəmələrin əmələ gəlməsinə yardımçı olur.
-Əsas səbəb genetik və irsi amildirsə, digər səbəblər nədir?
-Ətraf mühit və ekoloji faktorlar da genetik səbəblərdən sonra 2-ci əsas amillərdir. Erkən yaşlarda yüksək dozalarda və ya tez-tez aparılan rentgen və KT müayinələri (tibbi göstəriş olmadan) bəzi xərçəng növləri üçün risk faktorudur. Bu da , İmmun sisteminin zəifləməsi, İrsi immun çatışmazlıqları, bəzi xroniki xəstəliklər və ya immunosupressiv müalicə alan uşaqlarda onkoloji xəstəliklərin yaranma riskinin daha da yüksəlməsinə bir daha səbəb yaradır.
-Uşaqlar da klassik xərçəngə tutulur? Məsələn, mədə xərçəngi, qaraciyər, böyrək ,süd vəzi və yaxud prostat xərçəngi...
- Xeyr! Uşaqlarda klassik xərçəng baş vermir. Uşaqlarda qanyaradıcı və limfoid toxumaların bədxassəli şişlərinə – hemoblastozlara rast gəlinir.Bildiyiniz kimi leykozlar - ağ qan xərçəngi uşaqlarda ən çox təsadüf edilən onkoloji xəstəlikdir .Bəzən isə uşaqlarda mərkəzi sinir sisteminin şişlərinə də rast gəlirik. Bu da ağ qan xərçənginə nisbətdə az rast gəlinən onkoloji xəstəlikdir.Onu da vurğulayaq ki, xəstələrin böyük əksəriyyəti oğlan uşaqlarıdır. Qızlara nisbətən oğlanlar daha çox onkoloji xəstəliklərə tutulur.
- Azərbaycanda ümumilikdə bu xəstəliyin son illər bu həddə çatmasının digər səbəbləri nədir?
- Qeyri-sağlam həyat tərzi( tütün, alkoqol, energetik içkilərin davamlı qəbulu) qeyri -düzgün qidalanma (fast food, qazlı, şirəli içkilərin, hazır paket şəklində qidaların qəbulu) xroniki stress, ekoloji problemlər və irsi faktorlar onkoloji xəstəliklərin artmasında göstərilən əsas səbəblərdir. Uşaqlarda xəstəliyin inkişaf etməsini istəməyən valideynlər skrining müayinələrinin ( hələ heç bir şikayəti olmayan şəxslərdə xəstəlikləri (xərçəng, genetik anomaliyalar, xroniki xəstəliklər) erkən mərhələdə aşkar etmək üçün aparılan profilaktik yoxlamalardır) mütləq həyata keçirilməsi və xəstəliyin qarşısının alınması bu xəstəliyin uşaqlarda görünməməsinə ən yaxşı təcili tədbirdir.
Söhbətləşdi: Əntiqə Rəşid
02:40 / 18 May 2026
31
02:18 / 18 May 2026
80
02:05 / 18 May 2026
111
01:43 / 18 May 2026
98
01:36 / 18 May 2026
209
01:33 / 18 May 2026
57
01:19 / 18 May 2026
121
01:17 / 18 May 2026
58
01:14 / 18 May 2026
58
19:32 / 17 May 2026
102
19:27 / 17 May 2026
129
19:12 / 17 May 2026
1965
19:02 / 17 May 2026
100
19:00 / 17 May 2026
97
18:43 / 17 May 2026
519
18:41 / 17 May 2026
95
18:39 / 17 May 2026
93
18:37 / 17 May 2026
94
18:35 / 17 May 2026
113
17:32 / 17 May 2026
234
17:28 / 17 May 2026
100
17:27 / 17 May 2026
99
17:25 / 17 May 2026
107
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.