Yuxu iflici nədir və niyə insan yuxudan oyansa da, hərəkət edə bilmir?
13 Noyabr 2026, 21:36
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
710
24.01.2026, 21:48
Qış aylarında qrip və soyuqdəymə xəbərləri arasında ən çox qorxduğumuz söz “Pnevmoniya”dır. Çoxumuz bunu sadəcə ağır öskürək sansaq da, əslində məsələ bədənimizin "oksigen fabriki"ndə baş verən texniki qəzadır.
Oxu24.com xəbər verir ki, hər dəfə nəfəs alanda hava bizim trakea borumuzdan, daha sonra bronxlardan keçir və nəhayət, ağciyərimizə çatır. Ağciyərdə alveol hava kisəcikləri var. Alveollar oksigen-karbondioksid mübadiləsinin əsas mərkəzidir.
Ağciyərlərimizdə təxminən 600 milyon alveol var. Onların səth sahəsini toplasaq, bu təxminən 70-90 kvadratmetr edər.
Pnevmoniya sadə dildə desək, ağciyərlərin iltihabıdır.
Pnevmoniya zamanı alveollar maye və irinlə dolur. Biz nəfəs aldıqda isə çətinlik çəkirik. Nəticədə qan kifayət qədər oksigen ala bilmir. Halsızlıq, yüksək qızdırma kimi ciddi simptomlar yaranır.
Pnevmoniya uşaqlarda, yaşlılarda daha ağır formada keçir.
Niyə son illər pnevmoniya geniş yayılıb?
COVİD-19 pandemiyasından sonra bir çox insanların ağciyərləri və immun sistemi zəifləyib. Qış mövsümündə kəskin respirator virusların artması, qrip və digər infeksiyaların ağır keçməsi, insanların həkimə gec müraciət etməsi, zəifləmiş immunitet pnevmoniyanın yaranmasına səbəb ola bilər.
Yadda saxlayın, pnevmoniya “adi soyuq dəymə” deyil. Vaxtında müalicə olunmadıqda ağırlaşmalara səbəb ola bilər.
Erkən dioqnoz və düzgün müalicə həyati əhəmiyyət daşıyır.
Çimnaz Telmanqızı
14:31 / 14 Noyabr 2026
41
14:24 / 14 Noyabr 2026
77
14:19 / 14 Noyabr 2026
66
14:15 / 14 Noyabr 2026
66
14:09 / 14 Noyabr 2026
151
13:50 / 14 Noyabr 2026
1111
13:48 / 14 Noyabr 2026
99
13:16 / 14 Noyabr 2026
96
13:03 / 14 Noyabr 2026
94
12:49 / 14 Noyabr 2026
120
12:25 / 14 Noyabr 2026
109
12:09 / 14 Noyabr 2026
123
11:58 / 14 Noyabr 2026
120
11:50 / 14 Noyabr 2026
103
11:39 / 14 Noyabr 2026
102
11:32 / 14 Noyabr 2026
112
11:19 / 14 Noyabr 2026
125
11:09 / 14 Noyabr 2026
118
11:00 / 14 Noyabr 2026
138
10:58 / 14 Noyabr 2026
123
10:46 / 14 Noyabr 2026
136
10:36 / 14 Noyabr 2026
133
10:17 / 14 Noyabr 2026
119
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.