Yuxu iflici nədir və niyə insan yuxudan oyansa da, hərəkət edə bilmir?
13 Noyabr 2026, 21:36
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
794
30.11.2025, 10:06
Sağlam insanda fəaliyyət göstərən trombositar - damar sistemi və koaqulasyon hemostaz damar divarının tamlığını təmin edir. Normalda kiçik damarlar zədələnəndə, qanaxma 1 - 2 dəqiqəyə dayanır. Bu əsasən trombasitlərin çökməsi və aqreqasiyası, az dərəcədə isə damarların spazmı hesabına baş verir. Bu prosesdə aparıcı rolu qan damarı divarının zədələnməsi, subendoteliail toxuma strukturunun, xüsusilə kollagenin aşılanması oynayır. Kollagenin və subendotelin tərkibində olan Villebrand faktorunun təsiri altında trombositlərin cəld aktivləşməsi baş verir. Bu zaman trombositlər öz formasının dəyişir, şişir, tikanabənzər çıxıntı əmələ gətirir, yaranın kənarında birləşdirici toxuma lifinə yapışır. Zədələnmiş damar divarının subendotelinə trombositlərin çökməsi damar trombohemostazının başlanğıc mərhələsi hesab olunur.
Eyni zamanda zədələnmiş hüceyrələrdən ifraz olunan katexolaminlər, serotonon və kallogen trombositlərin aqressiya qabiliyyəti artır. Bu zaman trombositlərdən elektron sıxlıqlı qranullu trombosit tərkibli maddələr əmələ gəlir. Bu maddələr qanın laxtalanma qabiliyyətinin artmasına səbəb olur.
Yada salmaq lazımdır ki, trombositlər tromb əmələ gətirən nahiyədə lokal laxtalanmanın intensivliyinə və sürətinə təsir edir.
Plazma azad olunmuş lövhə faktorları və toxuma trombositlərin qarşılıqlı təsiri nəticəsində qanın laxtalanması baş verir. Birincili hemostaz sahəsində az miqdarda trombin yaranır. Bu bir tərəfdən trombositlərin geridönməz prosesini başa çatdırır, digər tərəfdən fibrin əmələ gəlməsinə səbəb olur.
Koronar aterosklerozlu xəstələrdə trombosit-damar hemostazının aktivləşməsi koronar ürək çatışmazlığının yaranma prosesində aktiv iştirak edir. Endotel örtüyün çoxsaylı qüsuru trombun əmələ gəlməsinin səbəblərindən biridir.
Beləliklə, ürəyin işemik xəstəliyi olan adamların qanında trombun əmələ gəlməsi, həmçinin trombdan qopmuş fraqment emboliyanın formalaşmasına səbəb olur. Bu hal ən çox qeyri-stabil stenokardiya və kəskin infarkt keçirən xəstələrdə bvaş verir.
Trombun əmələ gəlməsində risk faktorları:
ürəyin işemik xəstəlikləri
hiperlipidemiya
şəkərli diabet
yüksək arterial təzyiq
trombögen amillər
siqaret çəkmə
mənfi emosiyalar
piylənmə
az hərəkətli həyat tərzi
irsi faktorlar
qanın laxtalanma sisteminin pozulması.
Qanda trombun əmələ gəlməsi aşağıdakı xəstəliklərə səbəb ola bilir:
stenokardiya
ürək ritminin pozulması
ürək çatışmazlığı
20:44 / 15 Noyabr 2026
26
20:39 / 15 Noyabr 2026
38
20:30 / 15 Noyabr 2026
67
20:09 / 15 Noyabr 2026
249
19:51 / 15 Noyabr 2026
265
19:37 / 15 Noyabr 2026
83
19:17 / 15 Noyabr 2026
92
19:09 / 15 Noyabr 2026
90
18:40 / 15 Noyabr 2026
105
18:05 / 15 Noyabr 2026
141
17:53 / 15 Noyabr 2026
1775
17:43 / 15 Noyabr 2026
731
17:16 / 15 Noyabr 2026
617
17:12 / 15 Noyabr 2026
3295
17:09 / 15 Noyabr 2026
117
15:50 / 15 Noyabr 2026
130
15:25 / 15 Noyabr 2026
165
15:15 / 15 Noyabr 2026
148
14:47 / 15 Noyabr 2026
212
14:34 / 15 Noyabr 2026
415
14:25 / 15 Noyabr 2026
171
14:19 / 15 Noyabr 2026
143
14:02 / 15 Noyabr 2026
576
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.