“Liv Bona Dea”da ilk sümük iliyi transplantasiyası həyata keçirildi - Fotolar
27 Fevral 2026, 23:18
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
648
02.11.2025, 08:30
Yeni elmi araşdırma pendirin beyinə olan təsiri ilə bağlı maraqlı nəticələr ortaya qoyub. 8 minə yaxın insanın iştirak etdiyi tədqiqatda məlum olub ki, həftədə ən az bir dəfə pendir yeyənlərdə demans riski 24 faiz daha aşağıdır.
Milli.Az xəbər verir ki, tədqiqatçılar 3 il ərzində iştirakçıları izləyiblər. Nəticədə pendir yeyənlərin yalnız 3,39 faizində, pendir yeməyənlərin isə 4,45 faizində demans əlamətləri müşahidə olunub.
Elm adamları meyvə, tərəvəz, ət və balıq kimi digər qidalanma vərdişlərini də nəzərə alıblar. Bütün bu faktorlar qiymətləndirildikdə belə, pendirin yaddaşitmə riskini 21 faiz azaltdığı təsdiqlənib.
Araşdırmanın nəticələri "Nutrients" jurnalında dərc olunub. Mütəxəssislər bildirirlər ki, bu nəticələr əvvəlki tədqiqatlarla uyğun gəlir və süd məhsullarının demansın qarşısını almaqda dəstəkləyici rol oynaya biləcəyini göstərir.
Araşdırmada iştirak edənlər arasında ən çox istifadə olunan pendir növü emal olunmuş pendir olub.
Bu cür pendirlər - adətən dilim şəklində paketlənən və ya krem halında sürtülən məhsullar - süd və emulqatorlardan hazırlanır.
Alimlərə görə, pendirin qoruyucu təsiri onun zəngin qida tərkibi ilə bağlıdır.
Pendir tərkibində:
Zülallar,
Əsas amin turşuları,
K2 vitamini,
Antioksidantlar,
Peptidlər və
Probiyotiklər saxlayır.
Həmçinin oxuyun
Bu maddələr neyronları zədələnmədən qoruyur, beyində "sinir hüceyrələrinin baxımı" prosesini dəstəkləyir.
Xüsusilə K2 vitamini, damar sağlamlığını qoruyur və qanda kalsium balansının tənzimlənməsinə kömək edir.
Əvvəlki tədqiqatlar göstərib ki, yüksək xolesterin və ürək-damar xəstəlikləri demans riskini artıra bilər.
2015-ci ildə aparılan bir araşdırmada isə K2 vitamininin qandakı kalsium səviyyəsini azaltdığı və bunun da ürək xəstəlikləri riskini azalda biləcəyi sübut olunub.
Eyni zamanda, antioksidantlar, peptidlər və probiyotiklər də demans riskinin azalması ilə əlaqələndirilir.
Lakin alimlər bildirirlər ki, dəqiq nəticə üçün daha geniş tədqiqatlara ehtiyac var.
Demans hazırda Böyük Britaniyada ən çox ölümə səbəb olan xəstəlik kimi qeydə alınıb.
Hazırda ölkədə 944 mindən çox insan yaddaş itkisi və idrak geriləməsi ilə xarakterizə olunan bu xəstəliklə yaşayır. ABŞ-da isə bu say təxminən 7 milyon nəfərə çatır.
Demans tam müalicə oluna bilməsə də, erkən mərhələdə aparılan müalicə simptomları yüngülləşdirə və xəstəliyin gedişini yavaşlada bilər.
Alzheimer Cəmiyyətinin məlumatına görə, demansın Böyük Britaniyaya illik iqtisadi yükü 42 milyard funt sterlinqdir. Yaşlanan əhali səbəbindən bu rəqəmin 2039-cu ilə qədər 90 milyard funt sterlinqə çatacağı gözlənilir.
Alzheimer's Research UK məlumatına əsasən, təkcə 2022-ci ildə 69.178 nəfər demans səbəbilə həyatını itirib. Bu da xəstəliyi ölkənin bir nömrəli ölüm səbəbi halına gətirib.
21:46 / 03 Mart 2026
18
21:45 / 03 Mart 2026
37
21:30 / 03 Mart 2026
33
21:27 / 03 Mart 2026
59
21:24 / 03 Mart 2026
986
21:12 / 03 Mart 2026
128
21:09 / 03 Mart 2026
51
20:54 / 03 Mart 2026
210
20:53 / 03 Mart 2026
53
20:42 / 03 Mart 2026
47
20:30 / 03 Mart 2026
773
20:23 / 03 Mart 2026
74
20:04 / 03 Mart 2026
78
19:54 / 03 Mart 2026
78
19:45 / 03 Mart 2026
112
19:37 / 03 Mart 2026
63
19:11 / 03 Mart 2026
106
19:00 / 03 Mart 2026
84
18:45 / 03 Mart 2026
77
18:18 / 03 Mart 2026
190
18:03 / 03 Mart 2026
88
17:57 / 03 Mart 2026
173
17:57 / 03 Mart 2026
1502
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.