Yuxu iflici nədir və niyə insan yuxudan oyansa da, hərəkət edə bilmir?
13 Noyabr 2026, 21:36
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
928
01.11.2025, 21:37
Adətən, kəskin bədən qoxusu pis gigiyena əlaməti hesab olunur. Təəssüf ki, ehtimalın doğruluq payı 80%-i keçir. Amma elə qoxular var ki, orqanizmin daxilində gedən proseslərdən “danışır”.
Qoxu nədən xəbər verir?
Şübhəsiz ki, bütün dostlarınızın özünəməxsus bədən qoxusuna öyrəşmisiniz. Bəzən bir insanla ilk görüşdə belə, dərhal onunla ünsiyyəti dayandırmaq istəyirik. Çünki onun qoxusunu heç sevmirik. Bəzən isə kiminsə qoxusu ilk saniyələrdən simpatiya oyadır. Və bu xüsusi bədən qoxusu həyat boyu, demək olar ki, dəyişmir.
İdman zamanı və ya istidə, aktiv tərlədiyimiz zaman bədəndə qoxu arta bilər. Duşdan sonra, bütün tər və dəri piyi bədəndən yuyulduqda, bu qoxu azalır. Ancaq o, heç vaxt tamamilə yox olmur. Bəzi insanlar bədən qoxusunu ətir və ya dezodorantların qoxuları arasında gizlətməyə öyrəşib. Başqa sözlə, onların çoxu öz qoxularını da unudur... Bunda qəbahət yoxdur; hamı qəfil odekolon və ətirdən istifadəni dayandırsa, yayda qoxuların qarışmasından avtobuslarda nəfəs almaq mümkün olmayacaq.
Ancaq qoxu bədənimiz haqqında çox şey deyə bilər, hətta hansısa xəstəliyin başlamasının “həyəcan siqnalı” ola bilər. Əgər adi qoxu birdən-birə kəskin şəkildə dəyişibsə, bu, orqanizmin kimyəvi tərkibindəki dəyişikliyi göstərir. Bu cür siqnalları gözardı etmək olmaz!
Xəstəliklərin qoxuları
1. Turş qoxu. Həmişə xəstəlikdən danışmır, bəlkə də, siz bol ədviyyatlı yemək yemisiniz, yaxud son zamanlar rasionunuzda ədviyyatın və sarımsağın miqdarı artıb. Ancaq bəzən bu, tireotoksikozun əlaməti ola bilər. Belə ki, orqanizmdə tiroid hormonlarının sintezi artır, nəticədə, tər vəziləri aktivləşir və çoxlu tər ifraz olunur. Üstəlik, sürətlə kökəldiyinizi düşünürsünüzsə, yaxud əhvalınızın tez-tez dəyişdiyini hiss edirsinizsə, bu, endokrinoloqla əlaqə saxlamaq üçün bir səbəbdir.
2. Sidik qoxusu. Tərdəki ammonyak qatılığının artması səbəbindən ortaya çıxan xüsusi qoxudur. Belə dəyişikliklər böyrək və ya qaraciyər xəstəliklərindən hər hansı birinin başlanmasından xəbər verir. Bu iki orqandan biri düzgün işləmirsə, o zaman bədən toksinləri başqa yollarla - məsələn; tərlə çıxarmağa çalışır. Əgər ağızdan ammonyak iyi gəlməyə başlayırsa, bu, mədə xorası yaradan Helicobacter pylori bakteriyası ilə yoluxmanın nəticəsi ola bilər. Bu cür qoxu ilə rastlaşsanız, böyrəklər bir nefroloq, mədə və qaraciyər isə qastroenteroloq və ya hepatoloq tərəfindən yoxlanılmalıdır.
3. Sirkə qoxusu. Bədəndə yağların böyük həcmdə parçalanması səbəbilə tərlə çıxan aseton kimi qoxuyur. Həmişə kök olan insan qəfildən arıqlamaq qərarına gəlib, idmanla məşğul olmağa başlayırsa, bədən əmələ gələn bütün asetonu böyrəklər vasitəsilə çıxara bilmir. Nəticədə, tərlə ifraz etməyə çalışır. Sirkə qoxusu diabetin də əlaməti ola bilər. Mədəaltı vəzi insulin istehsal etmədiyi üçün beyində qlükoza çatışmır və o, yağları parçalamaq üçün siqnallar göndərir. Diabet xəstəliyi orqanizmdən şirin və ya sitrus, ananas, çürük alma qoxusunun yayılmasına səbəb bilər. Bu, tər və sidiklə təkcə asetonun deyil, həm də qlükozanın sərbəst buraxılması ilə əlaqədardır. Günün müəyyən saatlarında qoxunun artıb-azalması da müşahidə edilirsə, şəkərli diabetdən şübhələnnəyə dəyər.
4. Fərqli qoxular. Alimlərin fikrincə, yaşla bağlı geniş yayılmış xəstəliklərin, məsələn; Alzheimer və Parkinson xəstəliklərinin də özünəməxsus qoxusu ola bilər. Bədən kimyasındakı dəyişikliklərə görə, Alzheimer çovdar çörəyi və ya maya, Parkinson isə müşk qoxusu verə bilər.
5. Bal qoxusu. Bu xoş ətir sizi aldatmamalıdır; çünki meningit, sinüzit, otit, abses və pnevmoniyaya səbəb ola biləcək olduqca təhlükəli bir bakteriyanın qoxusudur. Bu bakteriyalar antibiotiklərə davamlıdır və onları dərmanlarla məhv etmək çətindir, ona görə də, müalicə uzun və çətin olacaq.
6. Balıq qoxusu. Bu qoxunu başqa qoxu ilə qarışdırmaq çətindir. Bəzən nadir bir genetik xəstəlik nəticəsində meydana çıxır. Lakin əksər hallarda bu qoxunun qaynağı vaginadakı bakterial infeksiya olur. Xəstəlik törədicisi olan bakteriyalar cinsi orqanlarda həmişə mövcuddur, ancaq immunitet aşağı düşəndə və ya orqanizmdə turşu-qələvi balansı pozulduqda aktivliklərini artırlar. Beləcə, meydana kəskin balıq qoxusu çıxır.
7. Turşumuş xəmir qoxusu. Bu, ciddi bir xəstəliyin-Norveç qaşınmasının təzahürüdür. Xəstəlik immunitetin azalması və ya yaşla əlaqəli demansiyanın fonunda baş verə bilir. Törədicisi qaşınma gənəsidir. Xəstəlik əksər hallarda ağır formaya keçməsə də, turşumuş xəmir qoxusuna diqqət yetirməyə dəyər.
08:32 / 16 Noyabr 2026
1
08:21 / 16 Noyabr 2026
36
08:01 / 16 Noyabr 2026
46
00:08 / 16 Noyabr 2026
174
23:41 / 15 Noyabr 2026
203
23:35 / 15 Noyabr 2026
325
23:32 / 15 Noyabr 2026
157
23:07 / 15 Noyabr 2026
565
22:43 / 15 Noyabr 2026
1518
22:34 / 15 Noyabr 2026
199
22:24 / 15 Noyabr 2026
163
22:05 / 15 Noyabr 2026
1296
21:57 / 15 Noyabr 2026
728
21:37 / 15 Noyabr 2026
1621
21:07 / 15 Noyabr 2026
1611
20:58 / 15 Noyabr 2026
765
20:55 / 15 Noyabr 2026
296
20:44 / 15 Noyabr 2026
488
20:39 / 15 Noyabr 2026
176
20:30 / 15 Noyabr 2026
211
20:09 / 15 Noyabr 2026
668
19:51 / 15 Noyabr 2026
652
19:37 / 15 Noyabr 2026
191
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.