Yuxu iflici nədir və niyə insan yuxudan oyansa da, hərəkət edə bilmir?
13 Noyabr 2026, 21:36
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
1110
05.10.2025, 16:19
İnfarkt çox vaxt qəfil baş verən sağlamlıq problemi kimi qəbul edilsə də, araşdırmalar göstərir ki, bəzi xəbərdarlıq əlamətləri tutmadan həftələr əvvəl özünü göstərə bilər. Xüsusilə qadınlarda bu əlamətlərin tanınmaması infarktın ağır nəticələrinə səbəb ola bilər.
Mütəxəssislərin sözlərinə görə, infarkt deyəndə ilk növbədə sinə ağrısı ağıla gəlir. Amma qadınlarda daha incə və fərqli simptomlar ön planda ola bilər. Bu isə yanlış diaqnoz qoyulmasına və tibbi yardıma gec müraciət edilməsinə gətirib çıxarır.
“Circulation” jurnalında dərc olunan araşdırmada qadınların 39 faizində infarktdan bir ay əvvəl mədə narahatlığı müşahidə olunub. Bu simptom hücum vaxtı özünü göstərməsə də, öncədən xəbərdarlıq siqnalı sayıla bilər.
Araşdırmaya görə, qadınların infarktdan bir ay əvvəl ən çox yaşadıqları əlamətlər bunlardır:
qeyri-adi yorğunluq (71%)
yuxu pozğunluğu (48%)
nəfəs darlığı (42%)
həzmsizlik (39%)
narahatlıq (36%)
İnfarkt zamanı isə daha çox bu simptomlar ön plana çıxır:
nəfəs darlığı (58%)
zəiflik (55%)
qeyri-adi yorğunluq (43%)
soyuq tər (39%)
başgicəllənmə (39%)
Mütəxəssislər xəbərdarlıq edirlər ki, bu əlamətlərdən biri və ya bir neçəsi müşahidə olunarsa, vaxt itirmədən həkimə müraciət edilməlidir.//E-saglam.az
17:01 / 16 Noyabr 2026
24
16:55 / 16 Noyabr 2026
40
16:52 / 16 Noyabr 2026
48
16:50 / 16 Noyabr 2026
50
16:33 / 16 Noyabr 2026
69
16:25 / 16 Noyabr 2026
105
16:17 / 16 Noyabr 2026
85
16:12 / 16 Noyabr 2026
114
16:08 / 16 Noyabr 2026
109
15:45 / 16 Noyabr 2026
79
15:18 / 16 Noyabr 2026
111
15:00 / 16 Noyabr 2026
108
14:30 / 16 Noyabr 2026
370
14:24 / 16 Noyabr 2026
119
14:19 / 16 Noyabr 2026
159
14:14 / 16 Noyabr 2026
127
14:10 / 16 Noyabr 2026
183
14:05 / 16 Noyabr 2026
134
14:00 / 16 Noyabr 2026
131
13:51 / 16 Noyabr 2026
163
13:47 / 16 Noyabr 2026
690
13:41 / 16 Noyabr 2026
142
13:40 / 16 Noyabr 2026
156
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.