Mədə ağrısı infarktın xəbərdarlığı ola bilər – Həkimdən vacib XƏBƏRDARLIQ
11 Avqust 2026, 13:30
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
842
04.10.2025, 17:02
Hazırda az qala hər 3 nəfərdən birində rast gəlinən, mədəni zondla müayinəsində diaqnoz olaraq təyin edilən ezofagit — mədə yanması, qıcqırma, qida borusuna yemək qalığı və mədə şirəsinin sıçraması ilə xarakterizə olunan qida borusu divarının iltibabi xəstəliyidir.
İlk öncə xəstələrin ciddi qəbul etmədiyi, sadəcə gəyirmə, yanma, qıcqırmadır deyib yan keçdiyi patologiya getdikcə dərinləşərək, iltihab sahəsi dərinləşir və məhz ezofagit gələcəkdə qida borusu xərçənginə səbəb ola bilir.
Qida borusu divarının iltihabının əsas səbəbi: reflüksdür. Həkimlərin QERX dediyi, qastroezofagel reflüks xəstəliyi qida borusu ilə mədə arasında qida ötürülməsinin pozulmasıdır. Normada qida həzm sistemində bir istiqamətdə getməlidir: qida borusudan mədəyə, ordan bağırsağa və s.
Bu orqanların hərəsinin fərqli turşu mühiti var. Mədə şirəsini mədədə tutub saxlayan dairəvi əzələ-sfinkterdir. Əgər sfinkter hər hansı səbəbdən zəifləsə, funksiyasını icra edə bilməsə, mədə turşusu geri qida borusuna axıb düşür. Bu şirə isə parçalayıcı xassəyə malik olduğundan, selikli qişanı aşılayır, yandırır, iltihabi ocaq yaradır, yaralayır.
Xəstəlik hətta uşaq və gənclərdə də rast gəlinir. Bəzən körpələrdə anadangəlmə həmin əzələnin tam inkişaf etməməsi nəticəsində yaranır. Getdikcə dərinləşən reflüks yaşlı insanlarda xroniki hala keçib, yeməkdən sonra, gecələr və səhər yuxudan oyanan kimi güclü yanğı, ürəkbulanma, qıcqırma, hətta qaytarma kimi tutmalarla xəstəni incidir.
Digər səbəblər:
— Qida borusunun travması, yad cismin düşməsi
— Yandırıcı maddələr içilməsi: spirt, sirkə, dərman, kimyəvi maddə
— Allergiya — xüsusən balıq, süd, bal kimi məhsullara allergiyası olanlar bu qidaları yedikcə qida borusu zədələnir
— Bakteriya mənşəli infeksion ezofagit — göbələk, virus, bakteriyaların həzm sisteminə düşməsi
— Ezofagit xəstəliyi digər ağır xəstəliklərin fonunda sürətlə inkişaf edir: diabet, onkologiya, QİÇS, hepatit və s.
— Bir çox dərman və antibiotiklərin uzun müddət istifadəsi: aspirin, tetrasikln, ibuprofen. Dərman içəndə onu çox su ilə tez udmaq lazımdır.
— Yanlış qidalanma səbəbi: daha çox yağlı, qızardılmış, turş, duzlu qidalar yeyənlərdə, çox isti çay içənlərdə, aşılayıcı qazlı içkilər, spirtli içkilər içənlərdə yaranır
Ezofagit xəstəliyi olanların qısa müddət sonra mədəaltı vəzi, 12 barmaq bağırsağı, mədəsi, qaraciyəri əziyyət çəkir.
Əsas əlamətləri:
— Udmada çətinlik
— Mədə arxası, ürək tərəfdə yandırıcı ağrı
— Qida borusunda sıxılma, düyün hissi
— Quru öskürək, səsin dəyişməsi
— Səhərlər ürəkbulanma
Müayinə:
Bu kimi əlamətlərdə qastroenteroloqa yazılıb, zondla müayinə olunmaq lazımdır. O zaman həkim açıq-aydın bütün qida borusunun və əzələnin vəziyyətini görəcək. Ən təhlükəli məqam həmin hissənin maliqnizasiyasıdır. Zədələnmiş nahiyəda yara dərinləşib, alt toxumaları zədələyib xərçəngə çevrilir.
Müalicə:
Ezofagitin növündən asılı olaraq dərman müalicəsi yazılır, pəhriz təyin edilir. Ağır hallarda əzələnin bərpası üçün əməliyyat tələb oluna bilər.
20:54 / 11 Avqust 2026
26
20:49 / 11 Avqust 2026
81
20:43 / 11 Avqust 2026
38
20:40 / 11 Avqust 2026
52
20:40 / 11 Avqust 2026
43
20:23 / 11 Avqust 2026
46
20:14 / 11 Avqust 2026
119
19:58 / 11 Avqust 2026
58
19:49 / 11 Avqust 2026
60
19:23 / 11 Avqust 2026
151
19:12 / 11 Avqust 2026
303
18:46 / 11 Avqust 2026
62
18:25 / 11 Avqust 2026
76
17:50 / 11 Avqust 2026
103
17:31 / 11 Avqust 2026
66
17:28 / 11 Avqust 2026
80
17:20 / 11 Avqust 2026
914
17:18 / 11 Avqust 2026
77
17:03 / 11 Avqust 2026
101
16:55 / 11 Avqust 2026
99
16:38 / 11 Avqust 2026
569
16:38 / 11 Avqust 2026
80
16:31 / 11 Avqust 2026
91
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.