Qaynar xətt:

(+99450) 247 90 86

Ambulator dərman təminatına bu tarixdə başlanılacaq

Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq

TİBB

598

17.12.2024, 12:14

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

“Ambulator dərman təminatına gələn ilin ikinci yarısından başlanılacaq”.

Oxu24.com xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev ilin yekunlarına dair keçirilən tədbirdə bildirib.

O qeyd edib ki, ambulator dərman vasitələrinin təminatına 2025-ci ilin 6 ayı üzrə 40 milyon manat məbləğində vəsaitin ayrılması nəzərdə tutulub: “Məlumat üçün bildirim ki, “Tibbi sığorta haqqında” Qanun Milli Məclisdə 3-cü oxunuşdan keçib. Qanunun tələbindən irəli gələn tapşırıqların icra edilməsinə, mexanizmlərin yaradılmasına yarım ilə yaxın vaxt tələb olunur. Bu o deməkdir ki, ambulatorda dərman təminatına ilin 2-ci yarısı başlanılacaq”.