Media: Milyonlarla avropalı hepatitlə yaşadıqlarını bilmir
28 İyul 2025, 18:27
Qaynar xətt:
(+99450) 247 90 86TİBB
832
07.04.2024, 00:42
Bəli, bu gün qaraciyərimiz haqqında məlumatlı olmaq üçün ayaqlarımızı müşahidə edəcəyik. Bir şeyi vurğulayım ki, hazırladığım video ultrasəs müayinəsi edən aparat və ya mütəxəssis deyil, sadəcə, məlumat xarakterlidir.
Kiçik qırmızı və ya qəhvəyi nöqtələr. Ölçüləri fərqli ola bilər. Adətən, aşağı ətraflarda müşahidə edilirlər. Nöqtələrin qaynağı zəif qan dövranıdır. Yəni qaraciyər probleminin xəbərçisidirlər. Ürək qanı ayaq barmaqlarınızın ucunadək göndərir, oradan isə vaskulyar sistem vasitəsilə geri qaytarır. Lakin qaraciyərdə hər hansı problem varsa, vaskulyar sistem düzgün işləyə bilmir. Nəticəsi isə orqanizmin müxtəlif nahiyələrində özünü biruzə verir. Çünki qan dövranı pozulur.
Problemlərin əksəriyyəti ürəkdən uzaqda olduğuna görə, ürəkdən şübhələnmək heç kimin ağlına gəlmir. Diabet isə əl və ayaqlarda nevroloji problemlərə yol açır.
Hörümçək damarları. Adətən, sirroz zamanı müşahidə edilirlər və hörümçək toru kimi qarma-qarışıq, iç-içə keçmiş kapillyarlar dərinin səthində qabarır. Burada vəziyyət belədir: estrogen səviyyəsi yüksəlir, vaskulyar sistem mənfi təsirə məruz qalır. Dolayısı ilə, hörümçək damarları sirrozun ilkin əlamətlərindəndir.
Çatlamış dabanlar. B3 vitamininin çatışmazlığı zamanı, yaxud Omega-3 yağ turşularına ehtiyac duyulduğunda meydana çıxırlar. Qaraciyərin işlərindən biri də öd suyu istehsal etməkdir. Öd suyu isə yağ turşularının mənimsənilməsində əsas vasitədir. A və E vitaminləri yağda həll olan vitaminlərdir; yəni onların həlli üçün qaraciyər var gücüylə işləyir. Əgər lazımi miqdarda olmasalar, dəridə, xüsusən, dabanda problemlərin olması labüddür. D vitamini çatışmazlığı isə qaraciyərin işinə mane olan əsas faktordur. B3 vitamininin çatışmazlığı pellaqra xəstəliyinin yaranmasına da gətirib çıxarır. Bu dəri xəstəliyinə əllərdə və ayaqlarda daha çox rast gəlinir.
Ayağın altında qaşıntı. Bu simptom qaraciyərdə maye yığıldığının göstəricisidir. Yəni qaraciyərdə tıxanma var, nəticədə, öd suyu normal şəkildə öd kisəsinə ötürülə bilmir. Səbəb öd kisəsindəki daş da ola bilər. Ayaqlardakı qaşıntını və iltihablanmanı plantar-fassit ilə əlaqələndirənlər də tapılır. Məlumat üçün deyim ki, plantar-fassit dərin daban fassiyasının, digər adıyla plantar aponevrozun zədələnməsi, iltihablanması, yaxud deformasiyaya uğraması səbəbiylə yaranır. Dərin daban fassiyası uzununa lifləri olan və dəriyə birləşən qalın, ağ toxumadır. Qaraciyərdə maye yığılması səbəbiylə qaşınan ayaq altlarını plantar-fassitlə qarışdırmaq olmaz. Çünki plantar-fassit daha çox ağrı ilə özünü biruzə verir, qaraciyər problemi isə qaşıntı ilə.
Ayaqlarda istilik. “Yanan ayaqlar” qaraciyərdə problem olduğuna işarədir. Bu ayaqlar, həm də, iylənməsi ilə diqqət çəkir. Üfunətli ayaq qoxusu o deməkdir ki, qaraciyər normal şəkildə detoks həyata keçirə bilmir. Yəni onun işində ləngimələr və ya pozulmalar var. Qaraciyər detoks edə bilməyəndə toksinlər dəri vasitəsilə xaric edilir. Qaraciyərdə vəziyyət pisdirsə, ən birinci rasiona diqqət edilməlidir; demək, qidalanma vərdişi də pisdir. Orqanizm “zibillənib”, xüsusilə də, qalın bağırsaq və böyrəklər toksinlərin istilasına məruz qalıb. Bu halda, inanın, barmaqlarınızın ucunda belə, sağlamlıq axtarmaq mümkün deyil. Bununla demək istəyirəm ki, qaraciyər xəstədirsə, demək, orqanizm başdan-başa xəstədir…
Ayaqlarda ödəmlər. Əlinizlə ayağınıza basdınız və sizə elə gəldi ki, əlinizin altında maye ilə dolu kiçik bir torba var… Bunu yaşamısınızmı heç? Yaşamısınızsa, rəylərdə yaza bilərsiniz. Bu kiçik torbalar ödəmlərdir. Yaranma səbəbi qaraciyərdə maye yığılmasıdır.
Göbələklər. Məsələn; ayaq dırnaqlarında göbələk peyda olubsa, demək, orqanizm göbələk sporları tərəfindən işğal olunub. Bu da onu göstərir ki, bağırsaqdakı mikroorqanizmlərin balansı pozulub. Çünki qaraciyər düzgün işləmir. Əgər son dönəmlərdə qəfildən baş qaldıran dırnaq göbələyi, pullu dəmrov, kəpək kimi problemlərlə qarşı-qarşıyasınızsa, bilin ki, qaraciyərin iş prinsipi pozulub və ən ucdakı sinirlərdə qan dövranı həddən artıq zəifləyib.
Həmçinin oxuyun
14:27 / 03 Avqust 2025
Elçin Əfəndiyev dünyasını dəyişdi
4
13:19 / 03 Avqust 2025
Bakı metrosunda gənc qızla oğlandan BİABIRÇI hərəkət - VİDEO
36
12:55 / 03 Avqust 2025
Azərbaycanda ata 5 yaşlı qızına “Lamborghini” ALDI - VİDEO
44
12:25 / 03 Avqust 2025
Messi zədələndi
33
12:01 / 03 Avqust 2025
Sənədsiz evi olanların NƏZƏRİNƏ: hara müraciət edilmədir?
39
11:01 / 03 Avqust 2025
Rusiyada sunami xəbərdarlığı edildi
140
10:02 / 03 Avqust 2025
Şəhid atası vəfat etdi
58
23:40 / 02 Avqust 2025
21 yaşlı qızı maşın vurub öldürdü
85
23:22 / 02 Avqust 2025
Bu saatlarda qarpız yemək olmaz
108
23:03 / 02 Avqust 2025
"İmtahanlar saxtalaşdırıldı, övladımın haqqı tapdalandı"
100
21:45 / 02 Avqust 2025
Azərbaycanda tur rəhbəri dağlıq ərazidə yıxılıb öldü - FOTO
96
20:08 / 02 Avqust 2025
“Formula 1”ə hazırlıq məqsədilə marşallar üçün təlimlər keçirilib - FOTO
99
19:20 / 02 Avqust 2025
ChatGPT sayəsində 1 aya 20 minlik borcunu bağladı
92
19:03 / 02 Avqust 2025
Kür çayında 16 yaşlı yeniyetmə boğuldu
104
18:43 / 02 Avqust 2025
Cəlilabadda ağır qəzada ölən müəllim imiş - FOTO
135
18:00 / 02 Avqust 2025
Sexdə faciə - Təkər partladı, öldü - VİDEO
105
17:32 / 02 Avqust 2025
Azərbaycanlı gənc Serbiyada faciəvi şəkildə öldü
248
16:55 / 02 Avqust 2025
Tramp: “ABŞ Rusiya ilə nüvə müharibəsinə tam hazırdır”
109
15:26 / 02 Avqust 2025
Yekaterinburqda Azərbaycan bazarı söküldü - FOTO
98
12:11 / 02 Avqust 2025
Hava necə olacaq?
164
12:07 / 02 Avqust 2025
Sürücü sükan arxasında öldü, maşın qəzaya düşdü - Foto
198
11:53 / 02 Avqust 2025
Aktrisamız VƏFAT ETDİ
2437
10:00 / 02 Avqust 2025
40 dərəcə istidə niyə çay içirik?
153
09:50 / 02 Avqust 2025
Toyuq yoxsa mal əti? — Hansı DAHA FAYDALIDIR?
144
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.