Sosial müavinətlərlə bağlı AÇIQLAMA
17 Noyabr 2026, 14:52
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
649
02.08.2025, 20:08
"Formula 1" Qatar Airways Azərbaycan Qran-Prisi 2025-ə hazırlıqlar çərçivəsində marşallar üçün ixtisaslaşdırılmış praktiki təlimlər davam edir.
Oxu24.com xəbər verir ki, növbəti təlim Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin təşkilatçılığı ilə xüsusi olaraq simulyasiyalar əsasında hazırlanmış trekdə həyata keçirilib.
Təlimlərin əsas məqsədi yarış zamanı təhlükəsizliyin təmin olunması, risklərin minimuma endirilməsi və fövqəladə hallarda operativ müdaxilə imkanlarının gücləndirilməsidir. "Formula 1" kimi yüksək sürətli və texniki baxımdan mürəkkəb idman növündə marşalların rolu əvəzolunmazdır. Onların hadisəyə operativ reaksiya verməsi pilotların həyatı üçün həlledici ola bilər. Bu səbəbdən onların peşəkar şəkildə hazırlanması hər il təşkil olunan Azərbaycan Qran-Prisinin təhlükəsiz və uğurlu keçməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Təlim zamanı iştirakçılar real hadisələr üzərində qurulmuş müxtəlif ssenarilər əsasında praktiki məşğələlərə cəlb olunublar. Onlara pilotun təhlükəsiz şəkildə maşından təxliyəsi, yarışın tezliklə bərpası üçün görüləcək tədbirlər, fərdi qoruyucu vasitələrin düzgün istifadəsi və komanda şəklində çevik fəaliyyət bacarıqları öyrədilir.
Hazırda 2025-ci il Azərbaycan Qran Prisinə hazırlıq prosesi tam sürətlə davam edir və marşalların bu hazırlıqdakı rolu bir daha vurğulanır. Bu kimi simulyasiya əsaslı təlimlər yarış zamanı yüksək təhlükəsizlik standartlarının qorunmasına xidmət edir.
14:52 / 17 Noyabr 2026
1
14:35 / 17 Noyabr 2026
48
14:15 / 17 Noyabr 2026
52
14:02 / 17 Noyabr 2026
68
13:57 / 17 Noyabr 2026
80
13:45 / 17 Noyabr 2026
80
13:24 / 17 Noyabr 2026
97
13:22 / 17 Noyabr 2026
106
12:58 / 17 Noyabr 2026
94
12:55 / 17 Noyabr 2026
106
12:43 / 17 Noyabr 2026
101
12:25 / 17 Noyabr 2026
110
12:05 / 17 Noyabr 2026
662
11:58 / 17 Noyabr 2026
109
11:56 / 17 Noyabr 2026
335
11:28 / 17 Noyabr 2026
108
11:00 / 17 Noyabr 2026
155
10:54 / 17 Noyabr 2026
138
10:50 / 17 Noyabr 2026
156
10:45 / 17 Noyabr 2026
141
10:32 / 17 Noyabr 2026
153
10:30 / 17 Noyabr 2026
154
10:22 / 17 Noyabr 2026
154
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.