Kartofun üzərindəki izlərə DİQQƏT EDİN – Zəhərlənə bilərsiniz
15 Avqust 2026, 22:53
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
689
02.08.2025, 23:03
"Övladım SAT imtahanlarından 1310 bal toplayıb. Amma ADA universitetinə qəbul ola bilmədi. Çünki suallar bəzi kurslar tərəfindən satıldı. Ballar bu il birdən-birə 1500-1600-ə qalxdı. Bu, necə ola bilər?".
Oxu24.com axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aparıcı Aytəkin Mərdanova deyib. ABŞ-də yaşayan jurnalist Qənirə Ataşova ilə instaqramda canlı yayıma girən aparıcı imtahan suallarının satıldığını iddia edib və oğlunun yüksək bal toplamasına baxmayaraq, universitetə qəbul olmadığını deyib:
"Uşağım 6 ay hazırlaşdı. 1310 bal toplayıb, getdik və bizə heyvandarlıq təklif olunur. Uşağım bu fakültəni istəmir. Oğlum deyir ki, əgər 1500 bal toplayıramsa, gedib Amerikada oxuyaram. Tələbələrə təklif edirdilər ki, kiminsə yerinə imtahana girin. ADA Universitetinə getdim, uşaqlar yüksək balla heç bir yerə qəbul ola bilmirlər. Nə üçün 1500, 1600 bal toplayan uşaqların görüntüsünü yayıb, tanıtmırlar? Paylaşsınlar, biz də tanıyaq həmin istedadlıları. İki il idi xaricə düşünürdük. Amma sonra fikrimizi dəyişdik, ötən ilin balına uyğun fakültə seçdik. Ötən il 1240 balla riyaziyyat fakültəsini çoxları qəbul etməyib. Bu il 1440 balla uşaqlar həmin fakültədədir. Çox istəyərdik qanunsuzluq üzə çıxsın. Bundan sonra biz heç həmin universitetə yenidən müaricət edə bilmərik. Amma digər tələbələrin haqqı tapdalanmasın. Onsuz oğlum Avropa və ya Türkiyədə universitetə gedəcək. Yetəri qədər savadı var. Sadəcə, stress keçirtdik. Necə olur 1310 balla oğlum heç yerə düşmədi?".
Q.Ataşova məsələ ilə bağlı danışarkən "Heç Amerikada ingilis dili təmiz olanlar 1600 bal toplamır. Azərbaycanda bu, necə baş verib? Oğlumun ingilis dostu olan qız 1000 bal toplayıb sevinir. Dövlət yüksək balla qəbul olan uşaqları nəzarətə götürməli, yenidən yoxlamalıdır. Həmin sualları satanlar yoxlanılmalıdır. Çünki ölkənin təhlükəsizlik xidmətinə girir bunlar. Kompüterin qarşısında uşaq oturur, amma başqası girib orda onun yerinə imtahanı verir. Yəni uzaqdan idarə edir. Bütün bunlar araşdırılmalıdır. Valideynlər hamısı birlikdə ərizə yazmalı, şikayət etməlidir" sözlərini deyib.
Qeyd edək ki, Q.Ataşova bundan əvvəl də SAT imtahanlarında saxtakarlığa yol verilməsi ilə bağlı paylaşım emişdi.
23:29 / 15 Avqust 2026
68
23:27 / 15 Avqust 2026
58
22:53 / 15 Avqust 2026
81
22:35 / 15 Avqust 2026
73
22:24 / 15 Avqust 2026
84
21:57 / 15 Avqust 2026
80
21:37 / 15 Avqust 2026
243
21:35 / 15 Avqust 2026
123
21:30 / 15 Avqust 2026
1569
21:24 / 15 Avqust 2026
87
21:24 / 15 Avqust 2026
63
21:17 / 15 Avqust 2026
83
21:17 / 15 Avqust 2026
399
21:16 / 15 Avqust 2026
398
20:34 / 15 Avqust 2026
77
20:06 / 15 Avqust 2026
112
19:44 / 15 Avqust 2026
86
19:31 / 15 Avqust 2026
93
19:29 / 15 Avqust 2026
85
19:17 / 15 Avqust 2026
99
19:04 / 15 Avqust 2026
80
18:42 / 15 Avqust 2026
90
18:30 / 15 Avqust 2026
73
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.