Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
10475
az

Sağ böyründə ağrı varsa - Nəyin əlamətidir?

10:2402 Mart, 2019
1012
TİBB
  • A
İnsanlar adətən ya sol, ya sağ tərəfdə kəskin, tutmaşəkilli ağrı, sancıdan şikayətlənir. Ağrının lokalizasiyasına görə, kəskin və xroniki patologiyaların təxmini bilmək olur.

Adətən daha çox sağ tərəf ağrıyır. Çünki o hissədə vacib daxili orqanlar daha çoxdur.

Oxu24.com bildirir ki, sağ böyürdə ağrı ağciyərlərdən tutmuş qaraciyər və böyrəkdən qaynaqlana bilər.

Eləcə də sağda ağrı nazik və yoğun bağırsağın iltihabı, öd kisəsi və yollarının iltihabı prosesi olan xolessistitin əlamətidir.

Bu ağrılarla həkimə getdikdə həkim əli ilə palpasiya edərək ağrının konkret nöqtəsini bilmək istəyəcək. Çünki ağrının qarının yuxarı və aşağıda olmasından asılı olaraq problem dəyişir.

-Əgər ağrı qarın və yuxarı hissədədirsə, mədə, qaraciyər, 12 barmaq bağırsaq, ağciyər və hətta miokard infarktının tipik olmayan yerləşməsindən şübhələnmək lazımdır.
-Əgər ağrı qarının ortasında, böyürdən ortaya doğru yayılırsa, nazik və yoğun bağırsaq, sidik sistemi, xroniki appendisitdən şübhə olur.
-Əgər ağrı qasığa yaxındırsa o zaman yırtıq, sidik kisəsi və yolları xəstəliyi, yoğun bağırsaq yoxlanılır.

-Əgər ağrı düz böyürdən belə doğru yayılırsa o zaman böyrəklərdə narahatlıq var.

-Hazırda sağ tərəfdə kəskin ağrılar daha çox qaraciyər hepatitlərində özünü göstərir. Hepatit varsa, yanaşı olaraq sarılıq, halsızlıq, zəifləmə, arıqlama, həzmdə problem də olur.

-Öd kisəsi kolikləri öddən kiçik daş və çöküntünün öd yollarına düşməsindən də qaynaqlanır
-Bağırsaq xəstəlikləri və iltihabı zamanı ağrı sağ qabırğaaltından başlayır, aşağıya doğru yayılır. Yanaşı olaraq qusma, ürəkbulanma, köp, titrətmə ola biər.
-Qasıq yırtığı zamanı ağrı ayağa vurur, ağır əşya qaldırdıqda, pilləkən çıxıb-düşdükdə kəskinləşir.

-Böyrək ağrıları tutma şəkili olur, belə vurur. Xəstədə ürəkbulanma, qusma, sidikdə çətinlik, gözaltı torbalar, qaralma, baş ağrısı müşahidə olunur.

İstənilən halda, sağ böyürdə ağrılar daimi hal alıbsa və sizi narahat edirsə, terapevt müayinəsi, sidik və qan analizi, eləcə də bir USM müayinəsi ilə hər şey öz yerini alacaq və ağrının mənbəyi tapılacaq. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ürək xəstəliyi və qalxanvari vəz əlaqəli imiş..
Üzünüzdəki 2 əlamət bu xəstəlikdən xəbər verir
Hansı bağırsaq şişləri ən təhlükəlidir?

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Almaniyada dəhşətli terror: 11 ölü, 80 yaralı var -YENİLƏNDİ