Qaynar xətt:

(+99450) 247 90 86

Yumurtanın  insana  bu ziyanı var imiş  - Həkimdən şok AÇIQLAMA

TİBB

741

18.03.2024, 17:58

Qastroenteroloq Anastasiya Timoşenko xəbərdarlıq edib ki, yumurta qabıqları kalsium çatışmazlığını doldurmağa kömək etməyəcək, üstəlik, onların istehlakı sağlamlıq üçün təhlükə yarada bilər.

 

Oxu24.com  xəbər  verir  ki, O,   bu  barədə   News.ru saytına  müsahibəsində  bildirib.

 

Timoşşenko bildirib ki, əvvəllər uşaqlara, hamilə və laktasiya edən qadınlara kalsium çatışmazlığını doldurmaq üçün tez-tez doğranmış yumurta qabığı yemək tövsiyə olunurdu.

 

Həkimin sözlərinə görə, bu üsul səmərəsiz hesab olunur, çünki qabığın tərkibində kalsium sitratdan daha pis bədəndə sorulan kalsium karbonat var.

 

Bundan əlavə, Timoşşenko bildirib  ki, yumurta qabığı yemək məhsulun kifayət qədər emal edilməməsi səbəbindən infeksiyaların inkişaf riskini artırır.

 

Həmçinin   həkim çiy yumurta yeməməyi tövsiyə edib.

 

O, əlavə bildirib ki, kalsium çatışmazlığını doldurmağın başqa daha effektiv və təhlükəsiz yolları var - sərt pendirlər kimi süd məhsulları, həmçinin pəhriz əlavələri.

 

Miri