Ötən gün olan toya Murad Boz da gəlibmiş - Video
12 Oktyabr 2026, 22:54
Qaynar xətt:
(+99450) 247 90 86
ŞOU-BİZNES
788
28.07.2025, 15:10
“Avroviziya” qalibimiz Nigar Camalla Əməkdar artist Fərqanə Qasımova arasında qalmaqal yaşanıb.
Oxu24.com xəbər verir ki, buna səbəb Fərqanə Qasımovanın “Dream Fest”ə qara bodi ilə qatılan Nigar Camalı tənqid etməsi olub.
Belə ki, muğam ifaçısı Nigarın bodili fotosuna “Türk qardaşlarımız demişkən, kəsmə yollarla önə getmək, əlbəttə, çok rahatdır” şərhini yazıb.
N. Camal isə öz instaqram hesabında F.Qasımovanın həmin şərhinə reaksiya bildirib: “Kəsmə yol başqasının kölgəsində ucalmaqdır. Mənim bu günədək sənətdə heç bir dəstəkçim olmayıb. Azərbaycanın adını ucalara qaldırmaqla tanınmışam. Bunu da Azərbaycan dövləti hər zaman dəyərləndirib. Bir qadının geyimi onun şəxsiyyətini və dəyərini müəyyən etmir. Səhnədə, qırmızı xalçada və həyatda özümü ifadə etməkdən çəkinmirəm.
Çünki azadlığım və qadın olaraq seçimlərim heç kəsin hökmü ilə ölçülə bilməz. Hər bir qadın istədiyi kimi geyinə, gülə, sevinə və yaşaya bilər. Bunun üçün heç kimdən icazə almağa ehtiyac yoxdur! Kölgəsində olduğunuz sənətkara hörmətim sonsuzdur. Amma hər bir halda mən olduğum kimi görünürəm, hicablı olub, namaz qılıb, başqasına böhtan atmaq günahdır. Hicab taxıb, eyni zamanda bədənşəkilləndirmə əməliyyatı etdirmək də günahdır. Hər kəs öz həyatı ilə məşğul olsa, yaxşı olar.qafqazinfo
09:53 / 19 Oktyabr 2026
1
09:25 / 19 Oktyabr 2026
312
09:22 / 19 Oktyabr 2026
64
09:20 / 19 Oktyabr 2026
50
09:18 / 19 Oktyabr 2026
56
09:16 / 19 Oktyabr 2026
54
23:59 / 18 Oktyabr 2026
168
23:49 / 18 Oktyabr 2026
144
23:32 / 18 Oktyabr 2026
158
23:21 / 18 Oktyabr 2026
165
22:54 / 18 Oktyabr 2026
195
22:03 / 18 Oktyabr 2026
198
21:52 / 18 Oktyabr 2026
171
21:31 / 18 Oktyabr 2026
214
21:26 / 18 Oktyabr 2026
205
21:20 / 18 Oktyabr 2026
157
21:13 / 18 Oktyabr 2026
188
21:08 / 18 Oktyabr 2026
134
20:58 / 18 Oktyabr 2026
106
20:39 / 18 Oktyabr 2026
120
20:25 / 18 Oktyabr 2026
153
20:09 / 18 Oktyabr 2026
183
19:56 / 18 Oktyabr 2026
230
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.