Nəhəng xaç keşişin üzərinə aşdı - Video
18 Oktyabr 2026, 20:25
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
632
28.07.2025, 20:46
Etik hədləri aşan bəyanatlar və ritorika
Rusiya telekanallarının Azərbaycan əleyhinə kampaniyası son günlər daha geniş vüsət alıb.
Gözlənildiyi kimi, bu sırada yenə də propaqandist Vladimir Solovyov öndə dayanır.
Vladimir Solovyov özünün “Youtube” platformasındakı kanalı ilə yanaşı, Rusiyanın “Rossia 1” dövlət kanalındakı müəllif verilişində də bütün etik hədləri aşaraq, Azərbaycan əleyhinə bəyanatlar səsləndirir. Diqqətçəkən məqam odur ki, Solovyovun verilişinin qonaqları da, əsasən, Azərbaycan əleyhinə təbliğatın başında dayanan, ölkəmizə qarşı düşmən mövqe tutan Marqarita Simonyan, Kontantin Zatulin, Semyon Baqdasarov və digərləridir.
Solovyovun ekranı qaralır
Rusiyanın əsas təbliğat maşını Solovyov son vaxtlar, demək olar ki, bütün verilişlərini Azərbaycana hücum üzərində qurub, qonaqları ilə birlikdə Bakının ünvanına hədyanlar səsləndirir.
Bu səbəbdən də bir müddətdir ki, Solovyovun verilişləri Azərbaycanda nümayiş olunmur, onun müəllifi olduğu proqram başlayanda yayım dayandırılır, ekran qaralır.
Çünki Azərbaycan tamaşaçısı propaqandist Solovyovun və qonaqlarının Azərbaycan əleyhinə böhtan, təhqir dolu bəyanatlarını eşitmək, onlara baxmaq məcburiyyətində deyil.
Rusiya telekanallarının yayımı niyə dayandırılmır?
Çox təəssüf ki, Solovyov tək deyil. Ümumiyyətlə, ona öz efirində bu cür hədyanlar səsləndirməyə imkan tanıyan "Rossia 1” dövlət kanalı Azərbaycanda niyə yayımlanır? Solovyovun verilişində tez-tez boy göstərən digər Rusiya telekanallarının rəhbərləri, "ekspertləri" də onunla anti-Azərbaycan təbliğatı yarışına çıxıblar.
Fikrimizcə, belə olan halda Azərbaycan ərazisində bu telekanalların yayımının tamamilə dayandırılması məsələsinə də baxılması təəccüb doğurmaz.
Çünki ekranından Azərbaycan əleyhinə kampaniya aparan istənilən telekanalın ölkə ərazisində yayımlanması heç bir məntiqə sıxmır. Nəyə görə Azərbaycan tamaşaçısı istər Solovyov, istərsə də digər propaqandistlərin ölkəmiz əleyhinə heç bir çərçivəyə, jurnalist etikasına sığmayan böhtanlarını, kin və nifrətini seyr edib dinləməlidir? Nəyə görə Azərbaycan tamaşaçısı FSB əməkdaşlarından özünə "işçi" düzəldən Marqarita Simonyanın nifrət nitqlərini eşitməlidir?
Düşünməyə dəyər...
23:59 / 18 Oktyabr 2026
159
23:49 / 18 Oktyabr 2026
135
23:32 / 18 Oktyabr 2026
150
23:21 / 18 Oktyabr 2026
154
22:54 / 18 Oktyabr 2026
185
22:03 / 18 Oktyabr 2026
186
21:52 / 18 Oktyabr 2026
165
21:31 / 18 Oktyabr 2026
206
21:26 / 18 Oktyabr 2026
198
21:20 / 18 Oktyabr 2026
151
21:13 / 18 Oktyabr 2026
183
21:08 / 18 Oktyabr 2026
131
20:58 / 18 Oktyabr 2026
100
20:39 / 18 Oktyabr 2026
116
20:25 / 18 Oktyabr 2026
145
20:09 / 18 Oktyabr 2026
178
19:56 / 18 Oktyabr 2026
222
19:42 / 18 Oktyabr 2026
233
19:30 / 18 Oktyabr 2026
1067
19:19 / 18 Oktyabr 2026
136
19:09 / 18 Oktyabr 2026
98
18:55 / 18 Oktyabr 2026
887
18:50 / 18 Oktyabr 2026
102
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.