Gecələr Wİ-Fİ şəbəkəsini söndürməyənlərə xəbərdarlıq!
10 Mart 2026, 00:35
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1159
28.07.2025, 22:38
Şəxsiyyət vəsiqəsinin surəti ilə başqasının adına nömrə götürmək mümkündürmü?
Vətəndaşları maraqlandıran bu sual öz aktuallığını itirmir. Çünki vaxtaşırı hər hansı işlə və ya kreditlə əlaqədar şəxsiyyət vəsiqəmizin surətini telefonla kiməsə və müəyyən WhatsApp qruplarına göndəririk.
Belə hallarda bizim şəxsiyyət vəsiqəmizdən kimsə sui-istifadə edə bilərmi?
Əslində ölkədəki rəsmi operator sistemləri bu məsələyə ciddi nəzarət edir. Mobil nömrə yalnız şəxsiyyət vəsiqəsinin əsli ilə müraciət edən şəxsin özünə verilir.
Amma praktika göstərir ki, bəzi hallarda, xüsusilə regionlarda nəzarət zəif olanda sadəcə surət əsasında və ya tanışlıqla başqasının adına nömrə açılması halları olur.
Müştəri münasibətlərinin idarə edilməsi üzrə mütəxəssis Tural Seyidlinin tövsiyəsinə görə şəxsiyyət vəsiqəsi ilə bağlı sorğular olduqda heç vaxt WhatsApp və digər qeyri-rəsmi kanallar vasitəsilə vəsiqənin üzü paylaşılmasın:
Həmçinin oxuyun
“Əgər məlumatın göndərilməsi zəruridirsə, yalnız rəsmi əməkdaşın korporativ e-poçt ünvanına göndərin. Bu halda sorğuların tarixçəsini izləmək mümkün olacaq. Köşk tipli satış məntəqələrində bəzən nömrənin aktivləşdirilməsi üçün vəsiqənin şəklini çəkib WhatsAppla göndərirlər, buna icazə verməyin”.
Bəs əgər vətəndaşın xəbəri olmadan artıq onun adına nömrə götürülübsə, məsuliyyət kimdə olur?
Hüquqşünas Cavid Yolçuyev Bizim.Media-ya bildirib ki, əgər sübut olunsa ki, nömrə vətəndaşın xəbəri olmadan açılıb, o zaman vətəndaş məsuliyyət daşımır, çünki onun iradəsi olmadan açılıb.
Qanunsuz əmələ görə məsuliyyəti operator (və ya onun əməkdaşı) və nömrədən istifadə edən şəxs daşıyır. Əgər vətəndaşın adına açıldığı təsdiqlənib, amma xəbərsiz olduğunu sübut edə bilmirsə, müəyyən müddətdə araşdırılma aparılıb saxtakarlıq sübuta yetirilir və vətəndaş məsuliyyətdən azad olunur.
Hüquqşünas vətəndaşlara məsləhət görür ki, vaxtaşırı mobil operatorlardan öz adınıza qeydiyyatda olan nömrələri yoxladın. Əgər sizin xəbəriniz olmadan açılmış nömrə aşkarlanarsa, dərhal operatora müraciət edərək ləğv etdirin.
09:03 / 10 Mart 2026
44
00:35 / 10 Mart 2026
139
00:15 / 10 Mart 2026
163
00:14 / 10 Mart 2026
146
00:10 / 10 Mart 2026
148
23:57 / 09 Mart 2026
351
23:55 / 09 Mart 2026
3241
23:49 / 09 Mart 2026
260
23:49 / 09 Mart 2026
103
23:46 / 09 Mart 2026
104
23:42 / 09 Mart 2026
442
23:29 / 09 Mart 2026
915
23:27 / 09 Mart 2026
228
23:23 / 09 Mart 2026
163
23:18 / 09 Mart 2026
83
23:15 / 09 Mart 2026
86
23:13 / 09 Mart 2026
94
23:07 / 09 Mart 2026
92
23:02 / 09 Mart 2026
360
22:59 / 09 Mart 2026
99
22:55 / 09 Mart 2026
92
22:43 / 09 Mart 2026
913
22:34 / 09 Mart 2026
105
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.