Bu ərazilərdə iki gün SU OLMAYACAQ
19 Oktyabr 2026, 09:22
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
642
28.07.2025, 15:21
Son illər mikromobil vasitələrin istifadəsinin artması yol hərəkətində yeni təhlükəsizlik çağırışlarını gündəmə gətirir. Təhlillər göstərir ki, bu vasitələrin iştirakı ilə baş verən qəzaların əsas səbəbi sürücülərin şəxsi təhlükəsizlik qaydalarına əməl etməməsidir.
Oxu24.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, Baş Dövlət Yol Polisi İdarəsi bu növ nəqliyyat vasitələrinin sürücülərinə aşağıdakı təhlükəsizlik tədbirlərinə ciddi əməl etməyi bir daha xatırladır: “Dəbilqə (motoşlem) istifadə edin. Qəza zamanı baş nahiyəsini qoruyaraq ölüm və ağır xəsarət riskini əhəmiyyətli dərəcədə azaldır. Təcrübə göstərir ki, dəbilqə taxan sürücülərin yaşama şansı ikiqat artır.
- Diz və dirsək qoruyucularından istifadə edin. Bu vasitələr aşma və toqquşma zamanı sümük sınıqları və ciddi əzələ zədələrinin qarşısını alır.
- İşıqqaytarıcı geyim və əşyalar taxın. Sutkanın qaranlıq vaxtı və zəif işıqlandırılan yollarda hərəkət iştirakçılarının sizi vaxtında görməsinə kömək edir.
- Qulaqlıqlardan və diqqəti yayındıran vasitələrdən istifadə etməyin. Telefonla danışmaq, musiqiyə aludə olmaq və digər məşğuliyyətlər sürücünün ətraf mühitlə əlaqəsini zəiflədir, reaksiyanı ləngidir və qəza ehtimalını artırır.
Unutmayın ki, bu sadə, lakin həyati əhəmiyyət daşıyan qaydalara əməl etməklə siz həm öz həyatınızı, həm də başqalarının təhlükəsizliyini qorumuş olursunuz”.
09:25 / 19 Oktyabr 2026
288
09:22 / 19 Oktyabr 2026
61
09:20 / 19 Oktyabr 2026
49
09:18 / 19 Oktyabr 2026
53
09:16 / 19 Oktyabr 2026
53
23:59 / 18 Oktyabr 2026
167
23:49 / 18 Oktyabr 2026
144
23:32 / 18 Oktyabr 2026
158
23:21 / 18 Oktyabr 2026
163
22:54 / 18 Oktyabr 2026
195
22:03 / 18 Oktyabr 2026
198
21:52 / 18 Oktyabr 2026
171
21:31 / 18 Oktyabr 2026
214
21:26 / 18 Oktyabr 2026
205
21:20 / 18 Oktyabr 2026
157
21:13 / 18 Oktyabr 2026
188
21:08 / 18 Oktyabr 2026
134
20:58 / 18 Oktyabr 2026
106
20:39 / 18 Oktyabr 2026
120
20:25 / 18 Oktyabr 2026
153
20:09 / 18 Oktyabr 2026
183
19:56 / 18 Oktyabr 2026
230
19:42 / 18 Oktyabr 2026
241
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.