“Elmira xanımı yamsılayırdım; qızıma zəng edib demişdi ki, anana de ki...” - FOTO
18 Oktyabr 2026, 15:35
Qaynar xətt:
(+99450) 247 90 86
ŞOU-BİZNES
1855
13.10.2022, 21:26
Son vaxtlar bir çox azərbaycanlı məşhurun boşanmasının şahidi olduq. Ən çox səs-küy yaradan isə tanınmış rəqqasə-aktrisa Oksana Rəsulovanın, Əməkdar artist Nigar Şabanovanın boşanma xəbərləri oldu.
Ötən il səs-küylü şəkildə XTQ giziri, hərbçi Xəyyam Qaragözov ilə ailə həyatı quran sənətçi bu günlərdə verilişlərin birində boşandığını açıqladı. Bunun ardınca sənətçi sosial şəbəkədə boşandığına görə onu qınayanlara bu cür cavab verdi:
“Sizin o kişi dediyinizin tezliklə səs yazılarını paylaşacam. Görəcəksiniz ki, əyninə hərbi forma geyinən kişi ola bilmir. Kişiliyi, insanlığı peşəyə qarışdırmayın. Kişi, ailə başçısı, qeyrətli oğlan olmaq başqa işdir. Peşə, əyninə forma geyinmək başqa işdir.
Pis rəy yazan hər kəsin əziz övladına onun kimi ailə arzu edirəm. Yaxşı yazıb anlayışla qarşılayanların balasını Allah xoşbəxt eləsin.
Kaş bütün xanımlar mənim qədər ailəsini qorumağa çalışardı. Hamı sussun. Əlimdəki sübutları onun peşəsinə, formasına hörmət edib, paylaşmıram”.
Xatırladaq ki, bu, Əməkdar artistin ikinci evliliyi idi.
Ötən il gözlənilmədən evləndiklərini açıqlayan Oksana-Şəhriyar cütlüyü elə gözlənilmədən bir il əvvəl boşandıqlarını açıqladılar. Belə anlaşıldı ki, gizlin şəkildə evlənən cütlük boşandıqları vaxt evləndiklərini bildiriblər. Qeyd edək ki, onların bu evlilikdən Osman adlı oğlu var.
Xatırladaq ki, bu, aparıcı Şəhriyarın ilk, Oksananın isə üçüncü evliliyi idi. Belə ki, sənətçi bundan əvvəl Haqay Avenilov və reper Elşad Xose ilə evli olub.
Sənət aləmində 2-3 dəfə evlənib boşanan təkcə Əməkdar artist Nigar Şabanova, Oksana deyil. Bu günə qədər 3-4, hətta 5 dəfə evlənən məşhurlarımız var. Musavat.com onlardan bir neçəsini təqdim edir.
Xalq artisti Hacıbaba Bağırov. Mərhum aktyor 5 dəfə rəsmi nikahda olub. O, ilk dəfə hərbi xidmətdə olarkən ailə həyatı qurub və Aleksandr adlı bir oğlu olub. Sənətkarın ikinci evliliyi Leyla adlı qadınla baş tutub və Lalə adlı bir qızı dünyaya gəlib. Hazırda Lalənin yaşı 50-ni keçib. Aktyor üçüncü dəfə əslən Şamaxıdan olan həkim xanımla ailə həyatı qurub. Əldə etdiyimiz məlumata görə Almaz adlı qadın Qanköçürmə institutunda həkim işləyirmiş. Almaz xanımla Hacıbaba Bağırovun ailə münasibətləri daha uzunömürlü olub və onlar 15 ilə yaxın bir evdə yaşayıblar. Xalq artistinin bu nikahdan övladı olmayıb. Hacibaba Bağırov sonuncu dəfə özündən 37 kiçik Arzu Bağırova ilə evlənib. Onların bu evliliyindən bir qızı var.
Xalq artisti Flora Kərimova. Xalq artisti rəsmi şəkildə 3 dəfə ailə həyatı qurub. Onun ilk həyat yoldaşı məşhur cərrah İbrahim Topçubaşovdur. Onunla tanışlığı Topçubaşovun Flora xanıma mahnı verməsi ilə başlayıb. Flora xanımın ilk evliliyi çox gənc yaşlarında olsa da, Topçubaşov ondan 20 yaş böyük olub. Onun ölümündən bir neçə il sonra azərbaycanlı biznesmen Faiq Şəfiyevlə ailə həyatı qurur. Onun bu evlilikdən bir qızı olub. Faiq bəyi də yol qəzasında itirən Flora xanımın 3-cü evliliyi də həyat yoldaşının ölümü ilə sonlanır.
Əsl adı Aynurə Qəzənfərli olan Nura Suri 3 dəfə ailəli olub. Hər evlilikdən bir oğlu olan Nuri xanımın sözlərinə görə həyat yoldaşları tanınmış iş adamlarıdır.
Ən çox sevilən müğənnilərdən biri olan Niyaməddin Musayev də bir neçə dəfə ailə quran müğənnilərdəndir. Onun neçə dəfə ailəli olması məlum olmasa da ayrılıqları mübahisəli olub. Belə ki, o, övladlarının birinin anasını hətta analıq hüququndan məhrum edib.
Xalq artisti Niyaməddin Musayevin də bir neçə dəfə evli olduğu bildirilir.
Leyla Şıxlinskaya. Əməkdar artist 4 dəfə rəsmi nikaha girib.
Aparıcı Azər Zahid də 3 dəfə evlənən məşhurlardan biridir. Qeyd edək ki, o, ilk dəfə həmkarı Vüsalə Əlizadə ilə evlənib. Cütlüyün bu nikahdan Dilək adlı qız övladı var. Sonra Azər V.Əlizadədən ayrılaraq, Nəcibə adlı xanımla evlənib. Onunla da boşanan aparıcı İlahə adlı xanımla ailə qurub.
Rəmiş. Mərhum Xalq artisti, Rəmiş ləqəbli Rafiq Hüseynov da 3 dəfə evli olub. İlk evliliyindən iki qızı, ikinci evliliyindən isə bir oğlu olub. Sonralar həmin oğlu vəfat edib.
21:31 / 18 Oktyabr 2026
1
21:26 / 18 Oktyabr 2026
35
21:20 / 18 Oktyabr 2026
38
21:13 / 18 Oktyabr 2026
91
21:08 / 18 Oktyabr 2026
65
20:58 / 18 Oktyabr 2026
50
20:39 / 18 Oktyabr 2026
75
20:25 / 18 Oktyabr 2026
80
20:09 / 18 Oktyabr 2026
98
19:56 / 18 Oktyabr 2026
118
19:42 / 18 Oktyabr 2026
164
19:30 / 18 Oktyabr 2026
697
19:19 / 18 Oktyabr 2026
98
19:09 / 18 Oktyabr 2026
76
18:55 / 18 Oktyabr 2026
475
18:50 / 18 Oktyabr 2026
80
18:47 / 18 Oktyabr 2026
104
18:37 / 18 Oktyabr 2026
139
18:32 / 18 Oktyabr 2026
1069
18:30 / 18 Oktyabr 2026
108
18:25 / 18 Oktyabr 2026
129
18:20 / 18 Oktyabr 2026
3863
18:15 / 18 Oktyabr 2026
77
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.