Aygün Kazımova Moskvaya gedir
10 Noyabr 2026, 23:27
Qaynar xətt:
(+99450) 247 90 86
ŞOU-BİZNES
2152
30.04.2021, 12:07
DTX-nin həbs etdiyi Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədova açılan cinayət işində adı keçən Famil Xəlilovun (Veyis Xəlilov) şəxsi münasibəti olduğu müğənnilər - Şəbnəm Tovuzlu və Vəfa Şərifova arasında qalmaqal yenidən alovlanıb.
Ötən gün “Qafqazinfo” saytında yayımlanan xəbərdə iş adamının həmin ifaçılarla bir zamanlar eşq yaşaması barədə məlumatların dərc olunması hər iki sənətçi arasında gərginliyi daha da artırıb.
Vəfa Şərifova yayılan xəbərə cavab kimi instaqramda açıqlama yayaraq F. Xəlilovla hələ də ailəli olduğunu bildirib. Vəfa həmkarını təhqir etməkdən belə çəkinməyib:
“Efirə çıxdığım gündən demişəm ki, həmin şəxslə 6 ildir ailəliyəm. Bizim bir qız övladımız var. Bunları əvvəllər açıqlamağımın səbəbi odur ki, məclis sahibləri dəvət edərkən bilsinlər ki, evliyəm və ona görə davransınlar. Mən bəziləri kimi həyat yoldaşlarının ayağını, əlini göstərib kiməsə acıq vermək, verdiyi hədiyyələri reklam etmək istəməmişəm. Bununla gündəmə gələn insan deyiləm. Xanım müğənni ilə şəklimi yan-yana qoyursuz. Bir kişinin həyatında çox qadın ola bilər. Həyat yoldaşımı keçmişinə görə qınaya bilmirəm. Əsas odur qadının keçmişi təmiz olsun. Mənim səhvim deyil. Həyat yoldaşımın həyatında 3-5 aylıq qiyməti bəlli olan insanlar olub”.
Şərifovanın qalmaqallı açıqlamasından sonra Şəbnəm də mətbuata video açıqlama yayaraq məsələyə münasibət bildirib.
Müğənni Vəfanın keçmişini xatırladaraq ona susmağı məsləhət görüb: “Mənim o şəxslər arasında adım çəkilməməlidir. Bir qadın da çıxıb açıqlama yayır ki, mənim qız övladım, ailəm var, buna görə onu toylara çağırırlar. Biz də ailəliyik, övladımız var. Keçmişini, kim olduğunu unutma, 2008-2009-cu illəri sənə xatırladıram. Olduğun halları unutma, yaxşı? Onları indiki ətrafında olan insanlar yox, mən bilirdim. Ailəsinin qədrini bilən xanım, evdə oturub danışmaz. Kim olduğunu hər kəs gözəl bilir”.
14:15 / 12 Noyabr 2026
18
14:04 / 12 Noyabr 2026
154
13:59 / 12 Noyabr 2026
146
13:55 / 12 Noyabr 2026
60
13:45 / 12 Noyabr 2026
125
13:36 / 12 Noyabr 2026
153
13:29 / 12 Noyabr 2026
74
13:21 / 12 Noyabr 2026
81
13:20 / 12 Noyabr 2026
115
13:18 / 12 Noyabr 2026
308
13:16 / 12 Noyabr 2026
109
13:07 / 12 Noyabr 2026
322
13:04 / 12 Noyabr 2026
72
13:00 / 12 Noyabr 2026
72
12:40 / 12 Noyabr 2026
74
12:25 / 12 Noyabr 2026
106
12:05 / 12 Noyabr 2026
110
11:55 / 12 Noyabr 2026
112
11:50 / 12 Noyabr 2026
125
11:36 / 12 Noyabr 2026
100
11:35 / 12 Noyabr 2026
112
11:34 / 12 Noyabr 2026
162
11:31 / 12 Noyabr 2026
109
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.