Qaynar xətt:

(+99450) 247 90 86

"Atamın o halını görəndə ürəyimiz partladı"

\\\"Atamın o halını görəndə ürəyimiz partladı\\\"

ŞOU-BİZNES

3794

28.04.2021, 19:17

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Qızı Günel Quliyeva hazırda xəstəxanada olan Xalq artisti Arif Quliyevin səhhətindən danışıb.

Oxu24.com axşam.az-a istinadən bildirir ki, "Bizimləsən" proqramına telefonla zəng edən Günel koronovirusdan əziyyət çəkən aktyorun səhər komadan ayıldığını bildirib:

"Hazırda xəstəxanadayam. Atamın vəziyyəti çox ağırdır. Həkimlər əlindən gələni edir. Səhər komadan ayılmışdı. Bədən tab gətirmədi və süni nəfəs aparatına qoşulub. Atam çox qorxurdu. Həkim adı çəkən kimi etiraz edirdi. Deyirdi, evdə olum. Pisləşdi, apardıq xəstəxanaya. Çatan kimi aparatlara qoşuldu. Həkimlər deyir, tək ümid Allahadır".

G.Quliyeva atasının xəstəxanadan yayılan görüntülərindən danışarkən "Sosial şəbəkədə gördük, ürəyimiz partladı. Öldük, təsəvvür edin nə hal keçirdik" sözlərini deyib.