5 il əvvəl çıxdığı işə qayıdır?
13 Noyabr 2026, 18:59
Qaynar xətt:
(+99450) 247 90 86
ŞOU-BİZNES
1800
20.02.2021, 16:33
Müğənni Xatirə İslam "Soy” prodakşının rəhbəri Oqtay Əliyevin onun haqda tənqidi fikirlərinə münasibət bildirib.
Oxu24.com xəbər verir ki, Xatirə efirə çıxmaq üçün proqramlardan pul tələb etməsi barədə qərarını şərh edən Oqtay Əliyevə belə cavab verib:
"Oqtay bəy, yadınızdadır, ATV-nin rəhbərinin otağında oturmuşdunuz. Məndən efir üçün pul istədilər. Dedim ki, pulum yoxdur, efirə pulsuz çıxmaq istəyirəm. Dedilər ki, çıx çölə. Orada söylədim ki, pul ödəmirəm, amma bir gün özünüz məni efirə çağıracaqsınız. Siz güldünüz, amma bu gün elədir. İndi mən deyirəm mənə pul ver.
Sizi çox istəyirəm. Deyirsiz, müharibə dövründə ortalıqda az müğənnilər göründü. Mən qadınam, evimdə idim. Siz kişisiniz, bəs siz harada idiniz? Sizi görmədim. 44 gün ərzində "Əsgər marşı”m bütün marketlərdə səsləndi. Əsgər ailələrinə baş çəkmişəm. İnsan etdiyini deməz, amma indi məcburam. 20 şəhidin evinə getmişəm, necə lazımdır. Əsgərlərə əlimdən gələni göndərdim. Xankəndinə aid mahnı oxudum və Azərbaycanı silkələdim. Əgər siz eşitməmisinizsə, deməli, Azərbaycanda olmamısınız. Əlimdən gələni etmişəm, gedib vuruşası deyildim.
Layihə edirsiniz, sms səsvermə olur, milyonlar qazanırsınız. Oradan müğənniyə pul ayırın. Bu, diqqətdir. İnsan özünə dəyər verəndə yaxşı olur. Siz necə beyninizin məhsulunu satıb, evinizə pul aparırsınız, biz də elə. Deyirsiniz, müğənnini çağıraq, ağzımıza gələni deyək, pulu da özümüz aparaq. Bilirəm ki, sözlərimdən inciməzsiniz, çünki düzünü dedim. Müharibə vaxtı Türkiyədə idiniz, yəqin ona görə gördüyüm işlər haqda bilməmisiniz”. (Sosium.az)
23:22 / 13 Noyabr 2026
1
23:17 / 13 Noyabr 2026
21
23:09 / 13 Noyabr 2026
39
23:05 / 13 Noyabr 2026
54
23:02 / 13 Noyabr 2026
59
22:53 / 13 Noyabr 2026
72
22:49 / 13 Noyabr 2026
69
22:41 / 13 Noyabr 2026
69
22:36 / 13 Noyabr 2026
80
22:18 / 13 Noyabr 2026
78
22:13 / 13 Noyabr 2026
82
22:03 / 13 Noyabr 2026
388
21:43 / 13 Noyabr 2026
797
21:36 / 13 Noyabr 2026
93
21:29 / 13 Noyabr 2026
120
21:24 / 13 Noyabr 2026
95
21:03 / 13 Noyabr 2026
102
20:58 / 13 Noyabr 2026
113
20:50 / 13 Noyabr 2026
1117
20:41 / 13 Noyabr 2026
142
20:37 / 13 Noyabr 2026
114
20:35 / 13 Noyabr 2026
100
20:20 / 13 Noyabr 2026
116
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.