Qaynar xətt:

(+99450) 247 90 86

"Pandemiyada brilyant saatlarımı satıb yarısını qaziyə verdim" - Nadir Qafarzadə

\\\"Pandemiyada brilyant saatlarımı satıb yarısını qaziyə verdim\\\" - Nadir Qafarzadə

ŞOU-BİZNES

3024

30.01.2021, 21:09

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

"Fevralda 50 yaşım olacaq. İndiyənə kimi heç kimə pislik etməmişəm. Hamıya yaxşılıq etmişəm. Yıxılan evləri tikmişəm. Evyıxan olmamışam".

Oxu24.com xəbər verir ki, bu sözləri müğənni Nadir Qafarzadə "Həmin Zaur" proqramında deyib. Sənətçi pandemiya ərəfəsində qızıllarını satdığını söyləyib:

"Dostlar var zəng edir ki, necəsən? Bir ildir pul qazanmıram, necə olacam? Amma sən qazanırsan, kömək etmirsən. Bəs dost, can deyirsən? Heç kimdən ummuram. Pulum olmayanda da problemi özüm həll edirəm. Pandemiyada evimdən əşyalarımı satmışam. Onu da tək yeməmişəm.

2 ədəd brilyant saatımı satdım. Hərəsinin qiyməti 12 min idi. 24 minə satdım. Gedib onun yarısını da qaziyə verdim. Allah bəndəni darda qoymur, şükür etmək lazımdır".