Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
46541
az

Hərbi forma geyinən şou-biznes nümayəndələrinə pis xəbər: CƏRİMƏLƏNƏCƏKLƏR - FOTOLAR

17:5015 Yanvar, 2021
3877
ŞOU-BİZNES
  • A

Xəbər verdiyimiz kimi, bəzi vətəndaşların hərbi geyim formasını daşıma hüququna malik olmadığı halda bu geyimdən istifadə etməsi hallarının qarşısını almaq məqsədilə Müdafiə Nazirliyi tərəfindən tədbirlər həyata keçirilir.

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 534-cü maddəsinə əsasən hərbi geyim formasını qanunsuz daşımağa görə inzibati xətanın obyekti olmuş hərbi geyim forması müsadirə edilməklə 300 manatdan 500 manatadək cərimə edilir.

Bəs görəsən hərbi forma geyinən şou-biznes nümayəndələrinə də cərimələr tətbiq ediləcəkmi ? 

Mövzu ilə bağlı ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov Sfera.az-a danışıb.

Onun sözlərinə görə, bununla bağlı dəfələrlə məsələ qaldırılıb və hərbi formanın mülki vətəndaş geyimi olmadığı bildirilib:
"Hər kəs bilir ki, hərbi forma xüsusi geyim sayılır. Bu formanı hazırda xidmətdə olan və ehtiyatda olan hərbçilər geyinə və hərbi rütbəni daşıya bilərlər. Qalan digər şəxslərin vəzifəsindən və mənsubiyyətindən asılı olmayaraq, qanun çərçivəsində geyinmələrinə icazə verilmir.
Geyim formasının özünün daşıma tələbləri və fərqlənmə nişanları var. Çoxları başı və yaxası açıq, yaxud da altdan mülki paltarlar geyinməklə bu tələbləri pozurlar. Onlar hərbi formanın hər hansı bir elementindən istifadə edirlər. Mən bu cür halları formaya hörmətsizlik kimi qəbul edirəm. Təəssüflər olsun ki, vətəndaşlarımızın əksəriyyəti bu məsələyə hələ də dırnaqarası baxırlar ”.

Hərbi ekspert hərbi formadan icazəsiz istifadə edən müğənnilərin cərimələnəcəyini söylədi:

"Şou-biznes nümayəndələrinin hərbi geyimlərdən istifadəsi məsələsinə gəldikdə isə, onlara Müdafiə Nazirliyi tərəfindən müəyyən icazələr verilir. Məsələn, hərbi vətənpərvərlik ruhunda kliplər çəkilərsə, çəkiliş müddətinə qədər geyinə bilərlər. Ancaq bu geyimləri məqsədsiz şəkildə geyinib, küçədə insanlar arasında gəzməyə icazə verilmir. İcazəsi olmayan müğənnilərə qanun çərçivəsində nəzərdə tutulan məbləğdə cərimələr tətbiq olunacaq”.
 
Xatırladaq ki, indiyə kimi bir çox şou-biznes nümayəndəsi hərbi geyimdə foto və videolarını paylaşıb. Onların bu addımı sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Anar Ağakişiyevə qarşı dələduzluq - İki şəxs tərəfindən aldadıldı
Zülfiyyə Xanbabayeva qızının böyük uğur qazandığını ELAN ETDİ -FOTO
Könül Xasıyeva əməliyyat olundu -FOTO

WhatsApp-da artıq daxili tərcüməçi var

18+

Qadın çılpaq vəziyyətdə küçəyə çıxdı (18+VİDEO)
Milli Qəhrəman Əlif Hacıyevin qızları Xocalıda gözyaşlarını saxlaya bilmədilər...(VİDEO)
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
İmişli sakinlərindən 3 tüfəng götürüldü