Qaynar xətt:

(+99450) 247 90 86

“21 yaşında mən o bağda ilk dəfə...” - Pərvin Abıyeva hər şeyi yazdı

“21 yaşında mən o bağda ilk dəfə...” - Pərvin Abıyeva hər şeyi yazdı

ŞOU-BİZNES

1752

26.09.2020, 13:38

Novxanıda inşa olunan Bəxtiyar Daliyə məxsus cah-cəlallı bağ ətrafında ötən gündən söz-söhbət səngimək bilmir. Sosial şəbəkədə bağın sahibi haqda müxtəlif fikirlər danışılır.
Oxu24.com xəbər verir ki, aktrisa Pərvin Abıyeva açıqlamasında həmin bağda illər əvvəl serial çəkildiyini deyib: "Təxminən 21 yaşım olardı. İlk dəfə serial çəkilirdi. "Oğurlanmış arzular" adlanırdı. O vaxt Bəxtiyar müəllim özü razılıq vermişdi serial çəkilişinə. Çox mehriban və sadə insandır. Hər çəkilişdən sonra bütün çəkiliş heyətinə qonaqlıq verirdi. Həftədə 2-3 dəfə çəkilişlər olurdu. Çəkiliş zamanı Bəxtiyar müəllim özü də bağda olurdu.
Serialda əsas rolları Almaz Ələsgərli və Tural Əsədov canlandırırdı". //Shownews.az