Təranə Səmədovanın məhkəmədən görüntüləri yayıldı - VİDEO
20 May 2026, 19:29
Qaynar xətt:
(+99450) 247 90 86
ŞOU-BİZNES
1002
18.09.2020, 21:25
Məlumdur ki, koronavirus pandemiyası bütün dünyada tüğyan edir. İqtisadiyyata böyük zərbə vuran bu pandemiya incəsənət sahəsindən də yan keçməyib.
Milli.Az baku.ws-ə istinadən xəbər verir ki, toylarda iştirak edən yerli məşhurların hazırkı fəaliyyəti ilə bağlı sorğu keçirib. Həmin sorğunu sizə təqdim edirik:
Xalq artisti Səməd Səmədov - "Mən hazırda bağdayam. Yoldaşım da mart ayından mənimlə bağda qalır. Vəziyyətimiz çox pisdir. Heç bir gəlirimiz yoxdur. Ailəm, uşaqlarım yaşım çoxdur deyə efirlərə də buraxmırlar. Amma sağ olsunlar, televiziyalarda köhnə kadrları verirlər. İkinci dalğa gəlir, yenidən hər yer bağlanır. 7 nəvəmin canı üçün nə biznesim var, nə də əlavə gəlirim. Bir neçə il idi, toylara da getmirdim, pul yığmamışdım. Övladlarım da Moskvadadır. Bir sözlə, vəziyyətimiz çox pisdir. Cavan qızlara, oğlanlara ürəyim ağrıyır. O, 200-300 manata işləyən hamı işsiz qaldı".
Müğənni Səidə Sultan - "Toy yoxdur, heç nə, oturmuşuq evimizdə... Sənətimiz oxumaqdı, başqa nə işlə məşğul ola bilərik ki?! Anam sağ olsun, idarə edir. Bir də "instagram"da keçirilən "Giveaway"lərdən qazanırıq".
Xalq artisti Nazpəri Dostalıyeva - "Toy yoxdur, yeni mahnılarımız, layihələrimiz üzərində işləyirəm. Mən İncəsənət Universitetində illərdir ki, işləyirəm. Heç vaxt oradan aldığım maaşa dəyməmişəm. Karta yığılıb, indi də bala-bala xərcləyirəm".
Əməkdar artist Abbas Bağırov - "Heç bir işlə məşğul olmuram, hazırda məşhurluğuma görə müəyyən şirkətlər var ki, onlarla işləyirəm. Yəni, reklamlardan qazanıram. Heç bir biznesim, əlavə gəlirim yoxdur. Gəlirim o qədər də deyil, amma hələ ki müəyyən sıxıntılarımı idarə edir".
Müğənni Nura Suri - "Bir müddət öncə işə düzəlmişəm. Tikinti şirkətində ictimaiyyətlə əlaqələr və reklam müdiri vəzifəsində işləyirəm".
Müğənni Şəbnəm Tovuzlu - "Toy yoxdur, həyat yoldaşım qazanır, mən də yeyirəm. Mağazam var idi, onu da bağlamışam, heç yerdə işləmirəm. Ərim var, şükür Allaha! Elə əvvəllər də o edirdi hər şeyi, indi də o edir. Yeni mahnılar üzərində işləyirəm, klip çəkdirdim, 3 yeni mahnı çıxardım, fotosessiya etdirdim. Axırıncı mahnımı da yoldaşım 6 min dollara aldı".
Müğənni Nazənin Salayeva - "Toy yoxdur, ailəmlə, uşaqlarımla vaxt keçirirəm. Mən həmişə ailəmə bağlı insan olmuşam. Şükür Allaha, həyat yoldaşım var, ailəmizi dolandırır. Özüm də vaxtında özümə gün ağlamışam. Yığdıqlarımı xərcləyirəm".
00:59 / 21 May 2026
224
00:33 / 21 May 2026
246
23:47 / 20 May 2026
134
23:36 / 20 May 2026
279
23:16 / 20 May 2026
278
22:52 / 20 May 2026
228
22:49 / 20 May 2026
93
22:39 / 20 May 2026
107
22:28 / 20 May 2026
102
22:25 / 20 May 2026
90
22:19 / 20 May 2026
100
22:14 / 20 May 2026
211
22:10 / 20 May 2026
278
22:08 / 20 May 2026
336
22:05 / 20 May 2026
96
22:03 / 20 May 2026
121
22:02 / 20 May 2026
109
22:00 / 20 May 2026
103
21:57 / 20 May 2026
100
21:53 / 20 May 2026
110
21:52 / 20 May 2026
848
21:42 / 20 May 2026
334
21:39 / 20 May 2026
95
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.