Qaynar xətt:

(+99450) 247 90 86

Murad Dadaşov məşhur aparıcıları "Xəzər"dən uzaqlaşdırdı

Murad Dadaşov məşhur aparıcıları \\\"Xəzər\\\"dən uzaqlaşdırdı

ŞOU-BİZNES

677

29.08.2020, 09:44

Xalq artisti Murad Dadaşovun rəhbərlik etdiyi "Xəzər” TV-də bir neçə dəyişiklik baş tutub.
Qaynarinfo Qafqazinfo-ya istinadən xəbər verir ki, bəzi tanınmış teleaparıcıların kanaldakı fəaliyyətinə son verilib. Onlardan biri Zaur Kamaldır. Zaur bundan sonra "Xəzər”in nəzdində fəaliyyət göstərən "Dalğa” TV-də tamaşaçıların görüşünə gələcək.
Mart ayından aparıcısı olduğu veriliş bağlanan prodüser Tarix Əliyev də (Tolik) yeni mövsümdən "Dalğa” TV-də efirə çıxacaq. "Xəzər”in efirindən qaldırılan digər bir layihə isə aşpaz Ağakərim Əbülfəzoğlunun "Anamın yeməyindən yoxdur” proqramıdır. Bu veriliş də "Dalğa” TV-də yayıma başlayacaq.