Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
2596
az

Ülvi Qılınc Toliklə qırğına çıxdı: “Səni yerinə mıxlayaram” -

14:1904 İyun, 2018
1632
ŞOU-BİZNES
  • A
Ülvi Qılıncla prodüser Tolik arasında qalmaqal yaşanıb. Müğənni Toliki hədələyərək, onun barəsində danışarkən diqqətli olmağa çağırıb.

Yenicag.az-a açıqlama verən Ülvi Qılınc qarşı tərəfin ünvanına kəskin fikirlər səsləndirib:

“Verilişində adımı hallandırıb, deyib ki, Ülvi bircə dəfə “Koroğlu” oxuyub, klassiklərin heç birindən xəbəri yoxdur. Ülvi bir dəfə “Koroğlu” oxumayıb, dünya klassik musiqilərini ifa edib, Avropada konsertlər verib. Sənətimə Xuraman və Fidan Hacıyeva kimi dünya şöhrətli sənətkarlar qiymət verib. Savadsız-savadsız danışıb, insanları özünə güldürməsin. O musiqiçi deyil, ümumiyyətlə, əsl sənət sahəsindən başı çıxmayan, bilgisi olmayan biridir. Verilişində müğənnilərə sual verir ki, Rəşid Behbudov, Şövkət Ələkbərovadan nə oxumusunuz? Buna bir başa salan da yoxdur ki, ay savadsız, onlar bəstəkar deyil. Mən ona musiqidən iki sual versəm, dili topuq vuracaq. Getsin, savadsız müğənnilərini efirə çıxarıb, öz səviyyəsində suallarını versin. O vaxt qapı-pəncərə düzəldən qonşumuz vardı. Adı da Qriqoryan Tolik Aşot oğlu idi. Erməni adını özünə ləqəb götürüb, Azərbaycanda Tolik adı var? Getsin bundan danışsın. Sənətlə bağlı söhbətdə heç kim qabağımda duruş gətirə bilməz. Rəhmətlik İlhamə Qliyevanın bir sözü vardı-“yerinə mıxlayaram”. Sənətimdə Tolik səni yerinə mıxlayram. Eləcə də istənilən adamı. Adama deyərlər, bu günə qədər sən nə etmisənki?”

Qəzəbini cilovlaya bilməyən Ü.Qılıncın ürəyi bununla da soyumayıb. O, bir müddət öncə Tolikin efirdə söyüşdolu videosunu da xatırladıb:
“Sənin efirdə etdiklərin göz qabağındadır. Uşaqların qarşısında “Ananı belə edim…” deyib söyüş söyürsən. Mənim səviyyəmdə də deyilsən ki, sənə nəsə söz deyim. Mən dağın başında, sən isə ətəyindəsən. Elə orda da qal. Çünki dağın başına çıxa bilməzsən. Mənim ünvanıma deyib ki, gedin itiniz-pişiyinizlə oynayın. Tolik, sən özün elə saxladığın itlərlə oynayırsan. Get özün itlərinlə oyna, mən it saxlamıram”. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycanlı qız instagramı silkələdi: Göbəyi açıq, ehtiraslı görüntüsü ilə
Zerrin Özerin əri homoseksual çıxdı, özü xəstəxanalıq oldu
Məşhur müğənnimiz ölümcül qəzaya düşdü - Hansı həmkarı onu görüb kömək etmədi?

Dünyanın ən uzun və ən qısa qadını ilk dəfə bir arada -VİDEO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Nazir psixiatriya xəstəxanasının direktorunu işdən çıxardı- Yeni təyinat (FOTO)
Sahibkarın 70 min manatını mənimsəyib"TikTok"da    hədiyyələrə    xərclədi