Maliyyə Nazirliyi sentyabrda 5 depozit hərracı keçirib
30 Sentyabr 2026, 11:37
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
593
12.04.2026, 13:25
Baş Dövlət Yol Polisi İdarəsi əlverişsiz hava ilə bağlı hərəkət iştirakçılarına xəbərdarlıq edib.
Oxu24.com-un məlumatına görə, xəbərdarlıqda qeyd olunur ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, qarşıdakı günlərdə ölkə ərazisində hava şəraitinin dəyişəcəyi, güclü və arabir şiddətlənən külək, eləcə də müxtəlif intensivlikdə yağıntıların müşahidə olunacağı gözlənilir. Bu cür hava şəraiti yol hərəkətinin təhlükəsizliyinə ciddi təsir göstərir və əlavə risklər yaradır.
Bununla əlaqədar yol polisi bütün yol hərəkəti iştirakçılarını daha diqqətli olmağa və yol hərəkəti qaydalarına ciddi əməl etməyə çağırır:
"Qeyd edirik ki, yağıntılı və küləkli havalarda sürücülər hərəkət sürətini yol və hava şəraitinə uyğun seçməli, öndə hərəkət edən nəqliyyat vasitəsi ilə təhlükəsiz ara məsafəsini qorumalı, kəskin manevrlərdən və əsassız ötmələrdən çəkinməlidirlər. Nəqliyyat vasitələrinin faraları və işıq siqnalları saz vəziyyətdə olmalı, yaxın və qabarit işıqları daim yandırılmalıdır. Görünmə məsafəsi azaldıqda duman əleyhinə işıqlardan yalnız zərurət yarandıqda istifadə edilməli, qarşıdan gələn nəqliyyat vasitələrinə mane olmamaq üçün uzaq işıqlardan istifadə olunmamalıdır.
Piyadalar məhdud görünmə şəraitində yolu yalnız müəyyən edilmiş keçidlərdən keçməli, sürücülərin onları vaxtında görə bilməsi üçün daha diqqətli və ehtiyatlı davranmalıdırlar".
Qeyd olunur ki, küləkli hava şəraiti ikitəkərli, o cümlədən moped, motosiklet və skuter tipli nəqliyyat vasitələrinin idarə olunmasında ciddi çətinliklər yaradır: "Güclü küləyin təsiri nəticəsində bu tip nəqliyyat vasitələrində müvazinətin itirilməsi və aşma riski əhəmiyyətli dərəcədə artır ki, bu da həm sürücülər, həm də digər nəqliyyat vasitələri və piyadalar üçün real təhlükə yaradır.
Mövcud hava şəraitində hər bir yol hərəkəti iştirakçısının məsuliyyətli davranışı, qarşılıqlı diqqət və anlayış nümayiş etdirməsi yol-nəqliyyat hadisələrinin qarşısının alınmasında mühüm rol oynayır".
11:38 / 30 Sentyabr 2026
1
11:37 / 30 Sentyabr 2026
9
11:36 / 30 Sentyabr 2026
19
11:15 / 30 Sentyabr 2026
38
11:06 / 30 Sentyabr 2026
52
11:05 / 30 Sentyabr 2026
42
10:54 / 30 Sentyabr 2026
132
10:46 / 30 Sentyabr 2026
710
10:41 / 30 Sentyabr 2026
51
10:36 / 30 Sentyabr 2026
154
10:30 / 30 Sentyabr 2026
66
10:25 / 30 Sentyabr 2026
56
10:20 / 30 Sentyabr 2026
58
10:10 / 30 Sentyabr 2026
113
10:00 / 30 Sentyabr 2026
498
09:55 / 30 Sentyabr 2026
49
09:55 / 30 Sentyabr 2026
56
09:50 / 30 Sentyabr 2026
101
09:28 / 30 Sentyabr 2026
49
09:25 / 30 Sentyabr 2026
52
09:20 / 30 Sentyabr 2026
53
09:15 / 30 Sentyabr 2026
77
09:15 / 30 Sentyabr 2026
60
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.