Milli Məclisin 2026-cı il payız sessiyası üzrə ilk iclası başlayıb
30 Sentyabr 2026, 11:06
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
822
12.04.2026, 19:15
Baş Dövlət Yol Polisi İdarəsi əlverişsiz hava ilə bağlı xəbərdarlıq edib.
Oxu24.com xəbər verir ki, xəbərdarlıqda deyilir:
“Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, qarşıdakı günlərdə ölkə ərazisində hava şəraitinin dəyişəcəyi, güclü və arabir şiddətlənən külək, eləcə də müxtəlif intensivlikdə yağıntıların müşahidə olunacağı gözlənilir. Bu cür hava şəraiti yol hərəkətinin təhlükəsizliyinə ciddi təsir göstərir və əlavə risklər yaradır.
Bununla əlaqədar yol polisi bütün yol hərəkəti iştirakçılarını daha diqqətli olmağa və yol hərəkəti qaydalarına ciddi əməl etməyə çağırır.
Qeyd edirik ki, yağıntılı və küləkli havalarda sürücülər hərəkət sürətini yol və hava şəraitinə uyğun seçməli, öndə hərəkət edən nəqliyyat vasitəsi ilə təhlükəsiz ara məsafəsini qorumalı, kəskin manevrlərdən və əsassız ötmələrdən çəkinməlidirlər. Nəqliyyat vasitələrinin faraları və işıq siqnalları saz vəziyyətdə olmalı, yaxın və qabarit işıqları daim yandırılmalıdır. Görünmə məsafəsi azaldıqda duman əleyhinə işıqlardan yalnız zərurət yarandıqda istifadə edilməli, qarşıdan gələn nəqliyyat vasitələrinə mane olmamaq üçün uzaq işıqlardan istifadə olunmamalıdır.
Piyadalar məhdud görünmə şəraitində yolu yalnız müəyyən edilmiş keçidlərdən keçməli, sürücülərin onları vaxtında görə bilməsi üçün daha diqqətli və ehtiyatlı davranmalıdırlar.
Xüsusilə qeyd olunmalıdır ki, küləkli hava şəraiti ikitəkərli, o cümlədən moped, motosiklet və skuter tipli nəqliyyat vasitələrinin idarə olunmasında ciddi çətinliklər yaradır. Güclü küləyin təsiri nəticəsində bu tip nəqliyyat vasitələrində müvazinətin itirilməsi və aşma riski əhəmiyyətli dərəcədə artır ki, bu da həm sürücülər, həm də digər nəqliyyat vasitələri və piyadalar üçün real təhlükə yaradır.
Mövcud hava şəraitində hər bir yol hərəkəti iştirakçısının məsuliyyətli davranışı, qarşılıqlı diqqət və anlayış nümayiş etdirməsi yol-nəqliyyat hadisələrinin qarşısının alınmasında mühüm rol oynayır”.
11:15 / 30 Sentyabr 2026
7
11:06 / 30 Sentyabr 2026
35
11:05 / 30 Sentyabr 2026
32
10:54 / 30 Sentyabr 2026
46
10:46 / 30 Sentyabr 2026
428
10:41 / 30 Sentyabr 2026
43
10:36 / 30 Sentyabr 2026
146
10:30 / 30 Sentyabr 2026
56
10:25 / 30 Sentyabr 2026
52
10:20 / 30 Sentyabr 2026
50
10:10 / 30 Sentyabr 2026
94
10:00 / 30 Sentyabr 2026
415
09:55 / 30 Sentyabr 2026
45
09:55 / 30 Sentyabr 2026
51
09:50 / 30 Sentyabr 2026
92
09:28 / 30 Sentyabr 2026
47
09:25 / 30 Sentyabr 2026
50
09:20 / 30 Sentyabr 2026
52
09:15 / 30 Sentyabr 2026
76
09:15 / 30 Sentyabr 2026
58
09:10 / 30 Sentyabr 2026
55
08:51 / 30 Sentyabr 2026
60
08:48 / 30 Sentyabr 2026
2385
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.