Qaynar xətt:

(+99450) 247 90 86

Safura Əliyeva rəssam bacısı ilə şeir gecəsində - FOTO

2018-05/1526661027_safa.jpg

ŞOU-BİZNES

1762

18.05.2018, 20:32

\"\" Mərhum energetika naziri Natiq Əliyevin gəlini Safura Əliyeva rəssam bacısı Fidan Əlizadə ilə birlikdə şeir gecəsində iştirak edib. Oxu24.com xəbər verir ki, dünən Dövlət İncəsənət Muzeyində Azərbaycan xalqının böyük oğlu, şair, dramaturq, görkəmli mütəfəkkir, ictimai xadim, ölməz yazıçı - Hüseyn Cavidin yaradıcılıq gecəsi keçirilib. Şeir gecəsinin qonaqları arasında nadir hallarda ictimaiyyət qarşısına çıxan Safura Əliyeva ilə bacısı Fidan Əlizadə də iştirak edib.
Xatırladaq ki, S.Əliyeva Azərbaycanı 2010-ci ildə “Eurovision” musiqi yarışmasında layiqli şəkildə təmsil edib. Mərhum energetika naziri Natiq Əliyevin oğlu Fərhad Əliyevlə ailə qurduqdan sonra müğənnilik karyerası ilə birdəfəlik vidalaşan Safura 2 övlad sahibidir.\"\" \"\"