Məhkəmə azərbaycanlı məşhurun "aliment işi" ilə bağlı qərar verdi
01 Oktyabr 2026, 19:47
Qaynar xətt:
(+99450) 247 90 86
ŞOU-BİZNES
795
27.01.2026, 18:13
Rəqsanənin aparıcını təhqir etməsi onun hazırda ev dustağı olması məsələsini yenidən gündəmə gətirib.
Müğənni Rəqsanə İsmayılova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.
Rəqsanə İsmayılovanın ev dustaqlığında ola-ola video-görüntüdəki formada ifadələr işlətməsi qətimkan tədbirinə təsir edə bilərmi?
Oxu24.com bununla bağlı vəkil Asim Abbasov Musavat.com-a açıqlama verib.
Onun sözlərinə görə, əgər Rəqsanə İsmayılovanın ifadələrində təhqir və böhtan cinayətinin əlamətləri mövcuddursa, bu zaman Səidə Bəkirqızı tərəfindən xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edilməlidir:
“Məhkəmə tərəfindən təhqir və böhtan cinayəti təsdiq edilərsə və Bakı Apellyasiya Məhkəməsi tərəfindən hökm qüvvəsində saxlanılarsa, Rəqsanə İsmayılova barəsində azadlıqdan məhrumetmə cəzası seçilə bilər (imperativ deyil, başqa cəza da seçilməsi mümkündür). Həmçinin xüsusi ittiham qaydasında şikayət icraata götürülsə, ittiham tərəfinin vəsatəti əsasında Rəqsanə İsmayılovanın barəsində həbs qətimkan tədbiri seçilə bilər.
AR CM-nin 147.1, 148-ci maddəsi böyük ictimai təhlükə törətməyən cinayət hesab olunduğundan əksər hallarda məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilmir. Lakin Rəqsanə İsmayılova tərəfindən səsləndirilən ifadələrin hazırda barəsində ev dustaqlığı qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz edilməsi hissəsində qanunvericiliyin konkret tələbləri mövcuddur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 163-cü maddəsinə əsasən, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş şəxsin üzərinə yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək-vəzifəsi mütləq qoyulur.
Həmçinin müəyyən şəxslərlə ünsiyyətdə olmamaq; təqsirləndirilən şəxsin lazımi davranışını və cəmiyyətdən qismən təcrid olunmasını təmin edən digər vəzifələr məhkəmə tərəfindən təqsirləndirilən şəxsin üzərinə qoyula bilər. Bu hallar isə məhkəmə tərəfindən konkret şəkildə müəyyən olunaraq ev dustaqlığı qətimkan tədbirinin seçilməsi barədə qərarda əks olunmalıdır.
Yəni Rəqsanə İsmayılova tərəfindən səsləndirilən ifadələr barəsində həbs qətimkan tədbirinin seçilməsinə əsas vermir.
Bununla belə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 388-1.1-ci maddəsinə əsasən, 388-1.1. İnternet informasiya ehtiyatının və onun domen adının sahibi və ya informasiya-telekommunikasiya şəbəkəsinin istifadəçisi tərəfindən internet informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə informasiyanın yerləşdirilməsinin qarşısının alınması ilə bağlı qanunvericiliyin tələblərinin pozulmasına, yəni:
388-1.1.1. informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verilməsinə – fiziki şəxslər beş yüz manatdan min manatadək cərimə, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq edilir. İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsinin tələbləri və Rəqsanə İsmayılovanın barəsində xüsusilə ağır cinayət hesab olunan iş üzrə araşdırmanın aparılması, yəni şəxsiyyəti nəzərə alınmaqla barəsində məhkəmə tərəfindən 1 ayadək müddətdə inzibati həbs seçilə bilər”.
AR CM-nin 147.1, 148-ci maddəsi böyük ictimai təhlükə törətməyən cinayət hesab olunduğundan əksər hallarda məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilmir. Lakin Rəqsanə İsmayılova tərəfindən səsləndirilən ifadələrin hazırda barəsində ev dustaqlığı qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz edilməsi hissəsində qanunvericiliyin konkret tələbləri mövcuddur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 163-cü maddəsinə əsasən, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş şəxsin üzərinə yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək-vəzifəsi mütləq qoyulur.
16:39 / 02 Oktyabr 2026
62
16:34 / 02 Oktyabr 2026
21
16:21 / 02 Oktyabr 2026
57
16:16 / 02 Oktyabr 2026
41
16:06 / 02 Oktyabr 2026
67
16:00 / 02 Oktyabr 2026
61
15:59 / 02 Oktyabr 2026
261
15:55 / 02 Oktyabr 2026
46
15:50 / 02 Oktyabr 2026
45
15:35 / 02 Oktyabr 2026
81
15:29 / 02 Oktyabr 2026
81
15:23 / 02 Oktyabr 2026
287
15:15 / 02 Oktyabr 2026
56
15:05 / 02 Oktyabr 2026
65
15:00 / 02 Oktyabr 2026
1500
14:48 / 02 Oktyabr 2026
183
14:45 / 02 Oktyabr 2026
86
14:43 / 02 Oktyabr 2026
91
14:42 / 02 Oktyabr 2026
65
14:40 / 02 Oktyabr 2026
69
14:22 / 02 Oktyabr 2026
80
14:18 / 02 Oktyabr 2026
64
14:03 / 02 Oktyabr 2026
81
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.