Dövlət subsidiyaları qiymətlərə niyə təsir etmir? – Ərzaq bazarında CİDDİ SUALLAR
22 Oktyabr 2026, 22:20
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
533
02.10.2026, 14:48
Milli Məclisdə səsləndirilən növbəti təklif ölkədə uzun illərdir həllini gözləyən sənədsiz evlər problemini yenidən gündəmə gətirib.
Deputat Siyavuş Novruzov parlamentdəki çıxışı zamanı Azərbaycanda 300 mindən 500 minə qədər sənədsiz yaşayış sahəsinin olduğunu diqqətə çatdırıb.
O bildirib ki, mülkiyyət sənədləri olmadığı üçün həmin daşınmaz əmlaklardan əmlak vergisinin yığılması hazırda mümkün deyildir.
Millət vəkilinin sözlərinə görə, mövcud qeyri-müəyyənlik bələdiyyələrin maliyyə imkanlarına və büdcə gəlirlərinə də ciddi mənfi təsir göstərir.
Yaradılmış bu vəziyyət cəmiyyətdə və ekspert dairələrində sənədsiz evlərlə bağlı hansı addımların atılmalı olduğu sualını yenidən aktuallaşdırıb.
İctimaiyyəti maraqlandıran əsas məsələ ilk növbədə bu evlərdən verginin tutulması, yoxsa onların hüquqi statusunun müəyyənləşdirilərək mülkiyyət hüququnun tanınmasıdır. Çünki sənədləşmə olmadan vergi mükəlləfiyyətinin tətbiq edilməsi həm hüquqi, həm də praktiki baxımdan ciddi ziddiyyətlər yaradır.
Geniş müzakirələrə səbəb olan bu məsələ ilə bağlı əmlak bazarındakı mövcud mənzərə və həll yolları diqqətlə təhlil edilir.
Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən əmlak eksperti Elnur Azadov sənədsiz evlərin hüquqi statusu, qeydiyyat prosesi və mövcud çətinliklər barədə fikir və mülahizələrini tam olaraq belə bölüşüb:
"Mərhələli şəkildə bu problemin aradan qaldırılması ilə bağlı hələ 2023-cü ilin fevral ayında Əmlak Məsələləri Dövlət Xidməti ilə Ədliyyə Nazirliyi birgə brifinq keçiriblər. Bildirilib ki, gələcəkdə birgə fəaliyyət sayəsində vahid portal üzərindən bütün daşınmaz əmlak əməliyyatlarının aparılması mümkün olacaq. Lakin bizim ölkədə alt qanunların və bir çox normativlərin hələ ki olmaması səbəbindən bu kimi daşınmaz əmlakların qeydiyyata alınması ilə bağlı vahid bir qanun və ya sərəncam üzərindən tənzimlənmənin olması mümkün deyil. Yəni bu kimi əmlaklar müxtəlif dövrlərdə müxtəlif ilkin sənədlərlə, hətta ümumiyyətlə heç bir sənəd olmadan ərsəyə gəliblər”.
Ekspertin sözlərinə görə, bəzi sənədlərin qeydiyyata alınması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən, ölkə başçısı tərəfindən əlavə maddələr olunub ki, bəzi sənədlərin tanınması istiqamətində təxminən 100 min daşınmaz əmlakın qeydiyyata alınması ilə bağlı hüquqi əsas yarana bilər.
O qeyd edib ki, bu keçən il baş vermişdi. Lakin bu proses hələ də davam edir. Faktiki olaraq nə qədər vətəndaşın bundan istifadə etdiyini hələ ki demək olmur.
Elnur Azadov vurğulayıb ki, daha çox bizim ölkədə problem ilkin və ya ümumiyyətlə müəyyən olunmayan sənədlər üzərində də yox, ümumiyyətlə heç bir sənədi olmayan daşınmaz əmlakların ərsəyə gəlməsində yaşanır. Yəni heç bir sənədi olmayan əmlakların sayı üstünlük təşkil edir.
Və eyni zamanda bəzi elə əmlaklar var ki, onlar digər qanunlara zidd olaraq ümumiyyətlə tikintisi qadağan olunmuş ərazilərdə tikiliblər.
Ekspert bildirib ki, onların çoxu kənd təsərrüfatı təyinatlı torpaqlardadır:
“Bu, digər qanunlara istinadən torpaqların təyinatının dəyişdirilməsi ilə bağlı ölkədə müəyyən addımların aparılması ilə bağlıdır. Ama düşünürəm ki, bu kimi əmlakların ən azı 15-20%-i ümumiyyətlə qadağan olunmuş ərazilərdə inşa ediliblər. Onların taleyinin necə olacağı isə hələlik çox qaranlıq bir məsələdir".
Çimnaz Telmanqızı
22:20 / 22 Oktyabr 2026
1
22:14 / 22 Oktyabr 2026
12
22:07 / 22 Oktyabr 2026
29
22:04 / 22 Oktyabr 2026
110
21:57 / 22 Oktyabr 2026
42
21:45 / 22 Oktyabr 2026
70
21:37 / 22 Oktyabr 2026
165
21:15 / 22 Oktyabr 2026
91
20:40 / 22 Oktyabr 2026
93
20:34 / 22 Oktyabr 2026
112
20:25 / 22 Oktyabr 2026
111
20:19 / 22 Oktyabr 2026
81
19:56 / 22 Oktyabr 2026
108
19:47 / 22 Oktyabr 2026
109
19:42 / 22 Oktyabr 2026
93
19:31 / 22 Oktyabr 2026
88
19:29 / 22 Oktyabr 2026
104
19:20 / 22 Oktyabr 2026
98
19:15 / 22 Oktyabr 2026
81
19:03 / 22 Oktyabr 2026
204
18:58 / 22 Oktyabr 2026
134
18:44 / 22 Oktyabr 2026
147
18:34 / 22 Oktyabr 2026
100
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.