Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
13912
az

Sirus Qoçxaninin əməliyyat edəcəyi məşhur müğənni xəstəxanadan qaçdı - QALMAQAL

19:0129 May, 2019
682
ŞOU-BİZNES
  • A
 İki gün əvvəl əməliyyat olunmağa hazırlaşan müğənni Zenfira İbrahimova fikrindən daşınıb.

Oxu24.com xəbər verir ki, sənətçi piylərini çıxartdırmaq üçün estetik-cərrah Sirus Qoçxaniyə müraciət etsə də, son anda qərarından vaz keçərək, əməliyyat otağından qaçıb. Buna isə Sirus Qoçxaninin Zenfiradan az əvvəl liposaksiya etdiyi xəstənin ölümü səbəb olub.

Bu xəbəri eşidən sənətçi bərk qorxuya düşərək əməliyyat masasına uzanmaqdan imtina edərək, evinə qayıdıb.

Qeyd edək ki, Zenfiranın əməliyyat olunacağı gün vəfat edən şəxs həkim-ginekoloq Sona Gürgün Vəliyeva olub. Medicina.az-ın xəbər vermişdi ki, Elmi-Tədqiqat Ağciyər İnstitutunda işləyən ginekoloqu adı bir neçə dəfə xəstə ölümlərində hallanan estetik-cərrah Sirus Qoçxani əməliyyat edib. Vəfat edən S.Vəliyeva Cəmil Gürgün adlı Türkiyə vətəndaşı ilə evli imiş. Xanımının əməliyyatdan sonra dünyasını dəyişdiyi xəbərini alan həyatı yoldaşı C.Gürgün infarkt keçirib. Sirus Qoçxani "Baku Medical Plaza”da çalışır.

Onu da bildirək ki, Qoçxani 2017-ci ilin iyununda 21 yaşlı model Leyla Oruclunu da liposaksiya əməliyyatı etmişdi və gənc qız əməliyyatdan sonra dünyasını dəyişmişdi. S.Qoçxani o zaman "Zəfəran Hospital”da işləyirdi. Gənc qızın ailəsi 21 yaşlı modelin ölümündə həkim səriştəsizliyinin olduğunu iddia edirdi. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qızı ilə VİDEO paylaşdı, təriflər yağdı
"Qızım adımdan istifadə edib, pul qazanmaq istəyir"
Vəfa Şərifovanın uşaqlarının atası birinci xanımı ilə - FOTO

Sizi təəccübləndirəcək maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tulada qəribə hadisə:Qadın bankda fişəng partlatdı
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Təqaüd düzəltmək adı ilə 400 min manatı ələ keçirən qadına    hökm     oxundu