Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
13735
az

Rəqsanəyə nə olub? - \"Yaşamaq istəmirəm\"

19:5525 May, 2019
822
  • A
Bir qız dünyaya gəldi. Bəzən ağladı, bəzən güldü. Həyatı çox çətin, əzablı oldu, anasının əziyyəti ilə böyüdü. "Ata" adı ona çox yad gəldi. Hər kəs "ata" deyəndə, o qız boynun büküb baxırdı. "Ata" sözünün mənasını anlamadı, çünki o sözü heç vaxt demədi.

Oxu24.com axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni Rəqsanə İsmayılova özü haqda yazıb. Ad günü olan sənətçi təəssüratlarını bölüşüb. Rəqsanə xoşbəxt olmadığını etiraf edib:

"Zaman keçdi, böyüdüm, artıq Rəqsanə anadır. Bəzən xoşbəxt, bəzən bədbəxtəm. Hamını başa düşür, hər kəsin halına yanıram. Amma nədənsə, heç kim məni başa düşmür. Nə yüküm varsa, özüm tək çəkirəm. Qınayırlar, içimi bilmədən arxamca danışırlar. Həyatda nə istədimsə, Allah gec olsa da, verdi. Heç nəyimi kimsədən gizlətmərəm, hər sözümü danışaram. Nə gəlirsə, başıma sadəliyimdən gəlir. Yoruldum demədən çalışdım. Xoşbəxtlik mənə çox vaxt yad gəlir. "Bəxtəvər" deyənlərə ürəyimdə gülüb keçirəm.

Ürəyimdə aça bilmədiyim çox şey var. Həyatda nələr yaşadım, nələr gördüm, bu gün də yaşayıram. Çox şey var, amma mübarizə aparmağı bacarıram. Yaşım az olsa da, yoruldum həyatdan. Nə gözəl gündə - ilk Əhya gecəsində doğuldum. Doğulduğum gündən mücadilə edirəm. Ancaq çox yaşamaq istəmirəm, həyatdan tez köçmək istəyirəm".
Qeyd edək ki, Rəqsanə son günlər qəmli paylaşımları ilə diqqət çəkib. Onun hətta ərindən ayrılma xəbəri də yayılmışdı. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ağır qəzaya düşən Aila: "Bu da mənim sınağım idi" - VİDEO
Ağır qəzaya düşən Ailanın vəziyyəti açıqlandı - YENİLƏNİB - FOTO
Reanimasiyaya yerləşdirilən Faytonçu Nazimin vəziyyəti ağırdır

Titikaka gölü haqda maraqlı FAKTLAR

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Ölüb-dirilən şəxsin danışdıqları şok etdi - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Onların da sertifikatı ləğv olundu- Foto
Əziz Əliyev küçəsində qaydaları belə pozdular- Foto