Müğənni "Xəzəri yandıraram" dedi — Sərt tənqid olundu
18 Sentyabr 2026, 15:11
Qaynar xətt:
(+99450) 247 90 86
ŞOU-BİZNES
406
31.03.2024, 17:40
Müğənni Zümrüd Hümbətovanın efirdə mərhum bacısı Əməkdar artist Aygün Bəylərin "Özün günahkarsan" adlı mahnısını oxuması Əməkdar artist Elza Seyidcahanı əsəbiləşdirib.
OXU24.COM bizim.media-ya istinadən bildirir ki, ikili arasında gərginlik onların qonaq olduğu "Günaydın, Azərbaycan!" verilişinədə yaşanıb.
Zümrüdün bu ifasını eşidən Elza qarşı tərəfin mərhum bacısının nəğməsini oxumasına etiraz edib:
"Bu mahnını mən Aygünün boğazında eşitməyi öyrəşmişəm. Səndən xahiş edirəm, bundan sonra bacının mahnılarını oxuma. Oxuma, buna ehtiyac yoxdur. Öz repertuarın olsun! Bacın Aygünün mahnılarını oxumaqla yaddaşlarda və bu sənətdə müğənni Zümrüd Hümbətova kimi qalmayacaqsan. Sən Zümrüd kimi və öz repertuarınla yaddaşlarda qalmalısan.
Aygün öz repertuarını bizim və tamaşaçılar üçün qoydu, getdi. Mən sənin bacının mahnısını oxumağına əsəbiləşdim. Düzdür, bacısısan oxumusan, əla da ifa etmisən, amma bir daha oxuma. Sənə qurbandır, təmənnasız bir mahnı verim, onu oxu. Sən mənim bu dediklərimi başa düşürsən. Sənin bu sənətdə öz yolun olmalıdır. Bu mahnını özün kimi yox, Aygün Bəylər kimi oxumusan.
Mən bəstəkaram və mənim haqqım var belə danışmağa. Aygünün torpağı heç soyumayıb. Bu mahnıda mən yalnız Aygünü eşitmək istəyirəm, başqa müğənnini deyil. Onun bu mahnıdaki zilləri, cəsarəti, emosiyaları var. Oxuma bacım, əzizim... Sən insanlara qulaq asma, Elza Seyidcahana qulaq as. Sən gecikmisən, sən bu sənətdə öz yolunu çoxdan tapmalı idin.
Bu sözləri Zümrüdü istəyərəkdən deyirəm. Onun çox gözəl vokalı və səsi var. O çox səliqəli ifa edir. Hətta Aygündə səndə olan səliqə yox idi. O səliqəsiz oxuyurdu. Yəni nə mənada - oxuyanda o gözlərini "qayanın başında" yumurdu, açırdı. Amma düşünmürdü ki, o "qayanın başından" aşağa necə düşəcək. Fikirləşirdi ki, "düşə bilməyəcək" amma düşürdü. Aygün yenilik yaradıb, o yol açıb, o sındırıb çərçivələri... Mən istəyirəm ki, Zümrüdün geyimində də, mahnılarında da imici olsun. Mən sizə yaxşılıq edirəm".
Seyidcahanın bu sözlərinə Hümbətova "Mənə heç kim deməyib ki, bacın Aygünün mahnılarını oxuma. Əksinə insanlar mənə söyləyirlər ki, onun mahnılarını oxu. Amma o qədər səsi olmayanlar Aygünün mahnılarını oxuyurlar ki... Aygünün ölüsündən istifadə edib, onun nəğmələrini oxuyurlar. Mən özüm kimi oxumuşam bacımın mahnısını. Mən sizi anlayıram, Elza xanım. Amma sizin deməyiniz ki, "bacının nəğmələrini oxuma", bu düz söz deyil. Mənim Aygünün mahnılarını yenidən ifa etməyə haqqım var".
Qeyd edək ki, Əməkdar artist Aygün Bəylər uzun sürən xəstəlikdən sonra yanvar ayının 6-da gecə saatlarında Ankarada müalicə aldığı xəstəxanada vəfat edib.
22:17 / 18 Sentyabr 2026
9
22:05 / 18 Sentyabr 2026
51
21:56 / 18 Sentyabr 2026
62
21:52 / 18 Sentyabr 2026
56
21:31 / 18 Sentyabr 2026
66
21:20 / 18 Sentyabr 2026
64
21:19 / 18 Sentyabr 2026
69
21:08 / 18 Sentyabr 2026
70
20:58 / 18 Sentyabr 2026
132
20:49 / 18 Sentyabr 2026
202
20:47 / 18 Sentyabr 2026
69
20:44 / 18 Sentyabr 2026
57
20:29 / 18 Sentyabr 2026
62
20:27 / 18 Sentyabr 2026
1009
20:24 / 18 Sentyabr 2026
112
20:14 / 18 Sentyabr 2026
156
20:03 / 18 Sentyabr 2026
68
19:51 / 18 Sentyabr 2026
598
19:42 / 18 Sentyabr 2026
404
19:21 / 18 Sentyabr 2026
741
19:20 / 18 Sentyabr 2026
107
19:08 / 18 Sentyabr 2026
71
19:06 / 18 Sentyabr 2026
202
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.