Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
98781
az

SON DƏQİQƏ! Bakıda güclü yanğın başladı

20:1930 Noyabr, 2023
756
SON DƏQİQƏ
  • A
Bakı şəhərinin Binəqədi rayonu, Mir Cəlal küçəsi 145 ünvanında yanğınla əlaqədar yaşayış binası polis əməkdaşları tərəfindən mühafizəyə götürülüb. Bu barədə Ox24.com-a DİN-in mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, sakinlərin əmlakı mühafizə altındadır, əraziyə nəzarət artırılıb. Müvafiq tədbirlər davam etdirilir. 19:50 Bakıda yaşayış binasında yanğın olub, 15 nəfər təxliyə edilib. Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonu, Mir Cəlal küçəsi 145 ünvanında yanğın baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və Bakı Regional Mərkəzinin qüvvələri əraziyə cəlb olunub. Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində doqquzmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində yerləşən mənzilin mətbəxində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Yanğın zamanı FHN-in qüvvələri tərəfindən tüstülənmiş mənzillərdən 15 nəfər bina sakini təxliyə olunub. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Mingəçevirdə nə baş verib? -Yaralılar var
SON DƏQİQƏ! Nazim Quliyev yenidən həbs olundu
Goranboydan dəhşətli xəbər gəldi: Yaralılar var

Morju narahat edən turist cərimələndi

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Tramvay yandı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Bakıda qadın ailədaxili mübahisələrdən bezib özünü öldürdü