Qaynar xətt:

(+99450) 247 90 86

SON DƏQİQƏ! Yevlaxda atışma:Ölən var

SON DƏQİQƏ! Yevlaxda atışma:Ölən var

SON DƏQİQƏ

993

12.11.2023, 18:18

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Noyabrın 12-də saat 16 radələrində Yevlax rayonunda 1991-ci il təvəllüdlü Nəsibov Əhməd Əhəd oğluna odlu silahla xəsarət yetirilməsi barədə polisə məlumat daxil olub.

 

DİN-in mətbuat xidmətinin regional qrupundan Oxu24.com-a  bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən Yevlax rayon sakini 1989-cu il təvəllüdlü Əliyev Saleh Azər polis əməkdaşları tərəfindən saxlanılıb.


Cinayət aləti olan odlu silah ondan götürülüb.

İlkin məlumata görə, hadisə şəxsi münasibətlər zəminində baş verib.

Araşdırma aparılır.