Pezeşkian: İran ABŞ ilə danışıqları davam etdirir
29 Noyabr 2026, 20:26
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
48
29.11.2026, 20:46
İsrailin Baş naziri Benyamin Netanyahu ilə hökuməti formalaşdırmaq mandatını alan Qadi Eyzenkot arasında birlik hökumətinin yaradılması ilə bağlı keçirilən görüş nəticəsiz başa çatıb.
Oxu24.com xəbər verir ki, iki saat davam edən görüşdən sonra Eyzenkot Netanyahu ilə birlik hökuməti qurmaq variantını rədd edib.
O, Netanyahuya öz siyasi blokunun tərəfdaşlarına sadiq qalacağını, “Likud” və onun müttəfiqlərinin isə yeni hökumət formalaşdırıldıqdan sonra müəyyən prinsiplər əsasında koalisiyaya qoşula biləcəyini deyib.
Görüşdən sonra “Likud” və “Yaşar” partiyaları birgə bəyanat yayıb. Tərəflər danışıqların işgüzar şəraitdə keçirildiyini, aralarındakı ciddi fikir ayrılıqlarını aradan qaldırmağa çalışdıqlarını bildiriblər. Bununla belə, görüşdən sonra birlik hökumətinin yaradılması istiqamətində əlavə danışıqların keçiriləcəyi gözlənilmir.
Netanyahu daha əvvəl Eyzenkotun baş nazir postunu ilk mərhələdə tutacağı, özünün isə baş nazirin müavini olacağı rotasiya razılaşması təklif etmişdi. O, bu təklifini İsrailin üzləşdiyi ekzistensial təhlükələr və həmin təhlükələrin öhdəsindən gələ biləcək hökumətin formalaşdırılması zərurəti ilə əsaslandırmışdı.
Eyzenkot isə Netanyahu ilə razılaşma əldə etməkdənsə, öz blokunun tərəfdaşları ilə hökumət qurmağa çalışır. Onun “Yaşar” partiyası Avigdor Libermanın rəhbərlik etdiyi “İsrael Beytenu” və “Demokratlar” partiyası ilə razılaşmalar əldə edib, Naftali Bennetin rəhbərlik etdiyi “Beyaxad” partiyası ilə də danışıqları davam etdirir.
İsraildə oktyabrın 27-də keçirilən seçkilərdən sonra heç bir siyasi blok parlamentdə hökumət formalaşdırmaq üçün tələb olunan 61 mandatı əldə edə bilməyib. Bu səbəbdən yeni hökumətin yaradılması üçün koalisiya danışıqları davam edir.
Eyzenkotun dekabrın 6-dək hökuməti formalaşdırmaq üçün vaxtı var. O, əlavə 14 günlük müddətdən istifadə etmədən həmin tarixə qədər yeni kabineti təqdim etməyi planlaşdırdığını açıqlayıb.
20:26 / 29 Noyabr 2026
69
20:26 / 29 Noyabr 2026
77
19:50 / 29 Noyabr 2026
98
19:27 / 29 Noyabr 2026
103
19:13 / 29 Noyabr 2026
118
19:01 / 29 Noyabr 2026
109
18:58 / 29 Noyabr 2026
314
18:45 / 29 Noyabr 2026
122
18:29 / 29 Noyabr 2026
119
18:15 / 29 Noyabr 2026
148
15:24 / 29 Noyabr 2026
182
12:43 / 29 Noyabr 2026
416
12:03 / 29 Noyabr 2026
184
12:00 / 29 Noyabr 2026
222
11:33 / 29 Noyabr 2026
199
10:55 / 29 Noyabr 2026
236
10:25 / 29 Noyabr 2026
382
10:24 / 29 Noyabr 2026
788
10:00 / 29 Noyabr 2026
438
09:58 / 29 Noyabr 2026
220
09:54 / 29 Noyabr 2026
258
09:15 / 29 Noyabr 2026
214
01:31 / 29 Noyabr 2026
358
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.